Peşəkarlığı, hümanistliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, dəqiqliyi, təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 49 - illnin on beş ilini hərbi xidmətdə, otuz dörd ilini isə Şirvan (kecmiş Əlbayramlı ) şəhər Yol idarəsində, Hərbi Cihazlar Zavodunda, Peşə liseyində keçirən, müharibə veteranı- istefada olan Kapitan Məmmədov Xuraman Dadaş qızının iyul ayının 6-da 66 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- istefada olan kapitan Məmmədova Xuraman Dadaş qızını doğum günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Şirvan şöbəsinin sədri ehtiyatda olan kapitan Zaur Vahidov, doğmaları, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Xuraman xanım qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Məmmədova Xuraman Dadaş qızı 1957 -ci ilin iyul ayının 6 - da Qaradağ rayonun Ələt qəsəbəsində zəhmətkeş ailədə anadan olub.
1974 - cü ildə Şirvan ( keçmiş Əlbayramlı) şəhərində orta məktəbi, 1976 - cı ildə isə Şirvan ( kecmiş Əlibayramlı) şəhərində sənaye texnikomunu bitirib. O, Daxili Qoşunların da xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində keçirlən bir çox metodiki - təlim toplanışlarında, seminar və konfranslarda fəal iştirak edib.
Xuraman xanım 1974- 1992 - ci illərdə Şirvan (kemiş Əlbayramlı) şəhərində yerləşən Yol İdarəsində və Hərbi Cihazlar Zavodunda məsul icracı, ümümü şöbənin müdiri, kadırlar şöbəsinin rəisi vəzifələrində işləyib.
1992 -ci ilin iyun ayından 2007 - ci ilin dekabr ayının sona kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Şirvan ( kecmiş Əlibayramlı) şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində nizami hissə rəisinin köməkçisi, alayın qərargah rəisinin şəxsi heyətin qeydiyyatı və uçotu üzrə baş köməkçisi,alayın tərbiyə bölməsində baş təlimatçı vəzifələrində Vətənə və xalqa layıqınca xidmət edib.
Xuraman Məmmədova 2008 - ci ildən etibarən Şirvan şəhəri - Şirvan Peşə liseyində kadrlar şöbəsinin rəisi vəzifəsində işləyir.Kadırlar şöbəsində işlədiyu illər ərzində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi və iş yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit və yaxşı işçi kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və digər təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Öz vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin,Şirvan -Salyan Regional təhsil idarə və Şirvan peşə lisey müdirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, bir cox fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və Xuraman xanıma təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və döyüş hazırlığında uğurlar qazandığına görə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi(1991 - 2001)” yubiley medalı ilə;
2."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə 2 -ci dərəcəli medal -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.
XURAMAN XANIM 66 YAŞIN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikası Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman MMusayev
Hiç yorum yok:
Yorum Gönder