İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə ınsanlardan biridə peşəkarlığı humanistliyi, sadəliyi və işgüzar keyfiyyəti ilə secilən ömrünün ən məhsuldar dövrünün 15 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirən istefada olan mayor Xudayev Xuda Sadiq oğlunun avqust ayının 1 - də 57 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı istefada olan mayor Xuda Sadiq oğlu Xudayevi doğum günü münasibətilə Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-- tükənməyən naliyyətlər arzulayır.
1966 - cı ilin avqust ayının 1 də Azərbaycan Respublikasının Yardımlı rayonun Daşkəndində zəhmətkeş ailədə anadan olub. 1981-cü ildə Sumqayıt şəhərində 3 nömrəli orta məktəbin 8 -ci sinifini, 1983 -cü ildə Sumqayıt şəhərində 22 nömrəli orta məktəbin 10 - cu sinifni, 1988 - ci ildə Simeropol Ali Hərbi Siyası məktəbi bitirib.O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox metodiki - təlim toplanışlarda , xüsusi- taktiki təlimlərdə , müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək' ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında, respublikada əmin amanlığın təmin edilməsində, ictimai təhlükəsizliyin qorunmasnda,cinayətkarlığa qarşı mübarizədə, öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sıra medalarla, əla xidmətlərə görə əlacı döş və yubiley nisanları ilə təltif edilib, bir cox fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Xuda Xudayev 2000 - ci ildən etibarən Sumqayıt şəhər 22 saylı məktəbdə hərbi hazırlıq üzrə müəllim işləyir.
XUDA 57 YAŞIN MÜBARƏK!!!
BÜTÜN ARZULARIN CİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Rspubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder