İnsan ücün ən yaddaqalan günlərin başlıcaısı onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.Belə insanlardan biridə Din-in Daxili Qoşunların hərbi hissələrində və təlim – tədris mərkəzində müxtəlif vəzifələrdə xidmət etmiş - ehtiyatda olan mayor Vüsal Axundovdur.İyul ayının 10 - da onun dünyaya göz acdığı gündür.Daimi həyatın imtahanlarından alınıaçıq çıxan Vüsal Axundovu belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, iş və döyüşcü yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün şirin nemət olan möhkəm cansağlığı,həyat yollarında uğurlar arzu edib, deyirlər, Vüsal qoy yaşınızın üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin
Ehtiyyatda olan mayor Axundov Vüsal Vaqif oğlu 1969 - cu ilin iyul ayının 10-da Əli Bayramlı (indiki Şirvan) şəhərində zəhmətkeş ailədə anadan olub.(əslən Salyan rayonundandır).
O 1986-cü ildə orta məktəbi , 1992-ci ildə isə Azərbaycan Texniki Universitetini bitirib.Vüsal Axundov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində, təlim -tədris mərkəzində və hərbi hissələrində kecirlən bir cox təlim - metodiki toplanışlarda, xüsusi - taktiki təlimlərdə, komanda-qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.Azərbaycan Ordusunun və Türkiyə Jandarma Qüvvələrinin təlim- tədris mərkəzlərində tabor qərargahının rəisi və tabor komandiri vəzifələri üzrə ixtisartırma kurslarda olub.
O, 1988-1989 -cu illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.1992-1993-cı illərdə Əli Bayramlı şəhərində müxtəlif vəzifələrdə işləib,1993 - 2003 cü illərdə isə Din-in Daxili Qoşunların Hacıqabul, Binəqədi, Xətai və Xəzər rayonlarında yerləşən hərbi hissələrində və təlim - tədris mərkəzində (orta -ixtisas məktəbində) bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, bölük komandiri, tabor komandirinin müavini-qərərgah rəisi, hərbi hissə qərargah rəisinin 1-ci müavini, döyüş hazırlığı rəisi, daxili qoşunların ali hərbi məktəbində bölmə rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Mayor Vüsal Axundov Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvalə etdilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış nəntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbbi fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, fövqalədə hallar və hərbi vəziyət zamanlarl hüquqi rejimin təmin edilməsində,Azərbaycanın ərazi bütövlüyünün uğrun təmin olunmasınsa üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb. Vüsal Axundovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi, Daxili Qoşunların komandanlığı və hərbi hissə komandirləri tərəfindən yüksək qiymətləndirildiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanınınmvə onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmirləri ilə xidmətdə fərqləndiyinə görə müvafiq medallarla,döş və yubiley nişanları ilə təltiv olunub, bir cox fərmanlarla və qymətlərlə mükafatlandırılıb və ona təşəkkur elan edilib.
Hal-hazırda mayor Vüsal Axundov SOCAR “Azəriqaz”İB Salyan Regional Qaz İstismarı İdarəsində şöbə rəisi vəzifəsində çalışır.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder