İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi, sadəliyi ilə seçilən- ehtiyatda olan mayor Veysal Mirzəhmədovdur. İyul ayının 9- da onun 53 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatdada olan mayor Veysal Mirzəhmədovu doğum günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Veysal qoy yaşının üstə gələn bu yaş da sənə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Mirzəmədov Veysal Xoca oğlu 1970 - ci ilin iyul ayının 9 -da Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.1987-ci ildə Bakı şəhər 60 nömrəli orta məktəbi,1997-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini,1998-ci ildə Din-in Daxili Qoşunların Xəzər rayonunda yerləşən təlim- -tədris mərkəzində zabitlərin ilkin hazırlıq kursunu,
2001 və 2003 - cü illərdə isə Türkiyə Jandama Qüvvələrinin hərbi məktəbini (mühəndis- istehkam sahəsi üzrə ixtisas artırma kurslarını) bitrib.
O,1989- 1991-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.1998-2015 - ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsənin Nərimanov, Sabunçu, Xəzər Lənkaran və Hacqabul rayonlarında yerləşən hərbi hissələrində mühəndis xidməti üzrə müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xidmət edib.Veysal 2016 -cı ildən etibarən Bakı şəhəri Yasamalı rayon təhsil müəssislərinin birində müəllim işləyir .
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində,yanğınların, qəzaların,bədbəxt hadisələrin, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, şəhərdə və yaşayış məntəqələrində, kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai təhlükəsizliyin təmin olunmasında, partlayıcı madələrin və qurğuların zərərləşdirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi və müəllim yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümnəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların məktəb rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətələrə bir sıra medallarla, əlacı döş və yubiley nişanları ilə, bir çox fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edlib.
VEYSAL 53 YAŞIN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder