Təbrik: Səbinə İsəzadə



     

 İnsan üçün ən yaddaqalan günlərin başlıcası    onun həyata gəldiyi gündür.Ömrə bəzək olan  ad günü hər il xüsusi qeyd olunur. Belə insanlardan biridə yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, humanistliyi,dəqiqliyi,təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən ehtiyatda olan baş gizir İsazadə Səbinə Aydın qızıdır.İyul aynın 4   də onun dünyaya göz acdığı gündür.


Daim həyatın  imtahanlarından alnıacıq və üzüağ cıxan, əhatəsində olan insanların və iş yoldaşların hörmətini qazanan,  ictimai işlərdə fədakarlıq göstərən, dostlarına və yaxınlarına isti münasibətdə olan Səbinə xanımı belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, iş yoldaşları, doğmaları, dostları,onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər,Səbinə xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

   

Yüksək nufuz sahibi olan, xidmət etdiyi və hal- hazlrda işlədiyi kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan  ehtiyatda olan baş gizir İsazədə Səbinə Aydın qızı  1972- ci ilin  iyul ayının 4 – də  Bakı şəhərində  zəhmətkeş ailədə  anadan olub.

 

O,1987 -cu ildə Bakı şəhər 24 nömrəli  orta məktəbin 8-ci siniflini, 1991-ci ildə Bakl məktəbəqədər pedoqoji texnikumu,1997 -ci ildə  Azərbaycan Milli Konservatoriyasını  (indiki  Bakı Müsiqi Akademiyasını)   bitrib.  

    

Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış, vətənpərvər Səbinə Aydın qızı İsazadə 1993 -1999- cu  illərdə  Din-in Daxili Qoşunların Baş İdarəsinin  beynəlxalq və hərbi əməkdaşlıq şöbəsində,2000- 2009 - cu illərdə isə Daxili Qoşunların Baş  İdarəsinin  inispeksiya idarəsində müxtəlif vəzifələrdə  Vətənə  və xalqa sədaqətlə xidmət edib.Səbinə xanım  Daxili Qoşunların Baş İdarəsindən Silahlı Qüvvələrə ehtiyata  buraxıldıqdan sonra   Bakı şəhər 36 nömrəli musiqi məktəbində müəlim işləyib,hal- hazırda Səbinə xanım   həmin məktəbdə şöbə müdiri vəzifəsində işləyir.


Torpağına,xalqına bağlı gözəl xanım Səbinə İsazadə Daxili Qoşunların Baş İdarəsində  xidmət etdiyi, Bakı şəhər 36 nömrəli musiqi məktəbində işlədiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu və müəllim kimi göstərmişdir.O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə  olmuşdur.


Səbinə xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş  hərbi qulluqcu olub.


 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış   İsazadə Səbinə Aydın   qizı  Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox   həmkarları və iş yoldaşları

 üçün nümunə olmuşdur.

  

 Səbinə xanım  öz  xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, şücaət  və fədakarlıq  göstərdiyinə və digər xidmətlərinə görə   əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə  təltif olunub, bir cox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur  elan edlib və aşağıdakı medallarla təltif edlib:


1.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


2.”Qusursuz xidmətlərə görə  3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;


3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  yaranmasının  10 iliyi (1991 -2001)”  yubiley medalı ilə; 


4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının 90 illiyi (1918-2008)” yubiley medalı ilə.





SƏBİNƏ  XANIM!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...

UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.


BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...

 

BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.


Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages