Daxili İşlər Nazirliyi Daxili Qoşunların Daxili Qoşunların Bas İdarəsinin həyatında öz dəst - xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,təvazökarlığı,dəqiqliyi,təmkinliyi,işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 26 ildən cox şərəfli xidmət yolunu DİN-in Daxili Qoşunlarda kecirmiş Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veteranı - ehtiyatda olan polkovnik Rauf Fazil oğlu Əliyevin iyul ayının 13 - də 52 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan - ehtiyatda olan polkovnik Əliyev Rauf Fazil oğlunu belə bir əlamətdar gün munasibətilə DİN-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Rauf qoy yaşının üstə gələn bu yaş da sənə sevinc dolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Əsil vətəndaşlıq mövqeyi ilə secilən, ictimayət arasında özünəlayıq hörmət qazanmış polkovnik Əliyev Rauf Fazil oğlu 1971 - ci ilin iyul ayının 13 də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Onun valideynləri Borçalıdandır.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan Rauf Əliyev 1988 - ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə, 1993 - cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Bas İdarəsin də və hərbi hissələrində kecirlən bir çox təlim - metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə, komanda - qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib .
Rauf 1993 - 1995-ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissədə müddətli həqqi hərbi xidmətdə olub,1995 - 2022-ci illərdə isə Daxili Qoşunların Bas İdarəsinin məxfi hissəsində zabit, məxfi hissə rəisi, qeyri- məxfi karküzarlıq bölməsinin rəisi, katibliyin (şöbə səlahiyyətində) rəisi vəzifələində Vətənə və xalqa sədaqətlə xidmət edib.”Hərbi Xidmətkecmə Haqqında” əsasnamənin 156-cı maddəsinin v) bəndinə əsasən xəstəliyə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinindən Silahlı Qüvvələrə ehtiyata buraxlıb.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin olunmasında və ictimai təhlükəsizliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar və hərbi vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində,qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbı yoldaşları onu, vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri, döyüş və ictimai - sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və şöbə rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1. " Hərbi xidmətlərə görə" medalı ilə;
2."Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı " medalı ilə;
3." Hərbi xidmətdə fərqlənməyə görə" - 2 dərəcəli medal ilə;
4." Hərbi xidmətdə fərqlənməyə görə " - 3 dərəcəli medal ilə;
5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
6."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ( 1918 - 2008 )” yubiley medalı ilə;
7."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi ( 1918 - 2013 )” yubiley medalı ilə;
8."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi (1918 - 2018)” medalı ilə;
9."Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
10."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
11."Qüsursuz Xidmətə görə 1 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK RAUF !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder