İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon şöbəsinin üzvü müharibə veteranı Yusubov Ramiz Nəsib oğludur. İyul ayının 3 - də onun 55 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Yusibov Ramiz Nəsib oğlunu, doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Xocalı rayon və Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Ramiz qoy yaşının üstə gələn bu yaş da ona sevinc dolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Yusibov Ramiz Nəsib oğlu 1968 - ci ilin iyun ayının 3- də Bakı şəhəri Sabuncu rayonun Pirşağı qəsəbəsində zəhmətkeş ailədə anadan olub. 1985 -ci ildə orta məktəbi,1989 cu ildə isə Xətai rayonun ərazisində yerləşən 5 nömrəli peşə texniki məktəbi bitrib.O,1986-1988- ci illərdə Sovet ordusunun Leninqradə (indiki Sankt -Peterburq ) şəhərində yerləşən hərbi hissələrin birində həqiqi hərbi xidmətdə olub.1992-1993 - cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könülü iştirak edərək, üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Müharibə veteranıdır.
Ramiz Yusibov öz xidməti və ictimai vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümnəvi xidmətlərinə görə bir sıra xatirə medalları, əlacı döş və yubiley nişanları ilə ,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edlib.
RAMİZ 55 YAŞIN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musaye
Hiç yorum yok:
Yorum Gönder