TƏBRİK: RAMİN HACIYEV- 43




      İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum  günüdür. Belə insanlardan biri də  peşəkarlığı,  hümanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi  və təcövzkarlığı  ilə  seçilən ehtiyatda olan mayor  Ramin Hacıyevdir. Avqust ayının  1 -də onun 43 yaşı tamam olur.

     

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan  mayor Ramin Hacıyevin  avqust  ayının 1-də  43 yaşının tamam olması münasibətilə Din-in  Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib   deyirlər, Ramin  qoy yaşınızın üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin, hər yeni günüZ isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.


Mayor Hacıyev Ramin Mehman oğlu   1980 - ci ilin  avqust  ayını1 də  Azərbaycan  Respubilkasının  Oğuz rayonunda zəhmətkeş ailədə anadan olub.

1997 -ci ildə Oğuz rayonun  1 nömrəli tam orta məktəbi, 2001-ci illdə  Azərbaycan Dövlət Pedoqoji Universitetini, 2003-cü ildə isə  Daxili İşlər Nazirliy Daxili Qoşunların Bas İdarəsinin Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində     zabit heyətinin t təhkimıəşdirmə kursnu, 2005-ci ildə isə Türkiyə Jandarma  Qüvvələrinin Ankara şəhərində  (Bəytəpədə ) yerləşən hərbi məktəbdə  zabit heyətinin ixtisasartırma kursunu bitrib.O,  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində   keçiriən bir çox  təlim- metodiki- toplanışlarda, xüsusi -taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. 

 Ramin Hacıyev 2001-2002-ci illərdə E.Abdullayev adına Oğuz rayon  tam orta məktəbdə hərbi  müəllim işləyib.2002- 2016 -ci illərdə Din-Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində, Qazax ,Hacıqabul  və Nərmanov rayonlarında  yerləşən hərbi hissələrində və  hərbi hospitalda  taqım komandiri, xidmət rəisinin köməkcisi, xidmət rəisi, Daxili Qoşunların Baş İdarəsinin Maddi -Texniki Təminat İdarəsinin  mənzil -istismar xidmətində isə zabit   vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.”Hərbi xidmətkecmə haqqında”  qanunun 156 -cı madəsinin v) bəndinə əsasən (xəstəliyinə görə) Silahlı Qüvvələrdən ehtiyata buraxlıb. 

    O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanılmasında, respublikada əmin amanlığın təmin edilməsində, dövlət əhəmiyyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, ictimai təhlükəsizliyin qorunmasnda,cinayətkarlığa qarşı mübarizədə, öz xidməti vəzifələrini  yerinə yetirərkən fəriqləndiyinə görə   Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə  əlacı döş və yubiley nişanları  ilə təltif olunub,  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medellarla  təltif edlib:

1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

2.”Azərbaycan Reslubilkası Silahlı Qüvvələrinin yaranmasının  95 illiyi (1918-2013)” yubiley medalı ilə;

3.”Qusursuz xidmətə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

RAMİN  43 YAŞIN MÜBARƏK !!!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev  



Hiç yorum yok:

Yorum Gönder

Pages