Təbrik: Peşəkar həkim- cərrah Faiq Lazımov- 67






Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ çıxan,peşəkar və qayğıkeş həkim, müharibə veteranı- tibbi xidməti polkovnik-leytenantı  Faiq Lazımovun avqust ayının 1 -də dünyaya göz acdığı gündür.Belə bir əlamətdar  gün munasbətilə Faiq həkimi Din-in Daxili  Qoşunların ehtiyatda və istefada olan  zabitləri (tibb işciləri), doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları  səmimi qəlbdən  təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Faiq həkim

qoy yaşınızın üstə gələn bu yaş da sənə  sevinc dolu günlər bəxş etsin, hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinizə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

Cəfakeş həkim- istefada   olan  tibb  xidməti  polkovniki-  leytenantı  Faiq  Lazımov  01 avqust 1956- cı ildə Şamaxı rayonun  Nərmankənd  yaşayış  məntəqəsində zəhmətkeş ailədə   anadan olub. O, 1973- cü ildə orta məktəbi təhsilini  başa  vurduqdan sonra,  kolxoz  təsərrüfatında  işləyib.

O,1975- ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna  qəbul  olur. 1985-ci  ildə  ali  təhsilini  başa  vuraraq  "Xalqlar  dostluğu"  adına  Rostov-Don  Dövlət  İnsititutunda  ali  sınaq  müddəti  keçir.1986-cı ildə  Taqonroq  şəhərində  təcili  tibbi yardım  xəstəxanasında  cərrah  həkim  vəzifəsində  calışır. Qəlbi  Vətən  həsrəti  ilə  döyünən  Faliq həkim  1987-ci  ildə doğma  yurda  qayıdaraq, Ələt  dəmiryol  xəstəxanasında  cərrahiyyə  şöbəsinin rəisi vəzifəsində  çalışır.

Faiq  həkin  torpaqlarımızın  erməni  təcavüzünə  məruz  qaldığı  vaxtlarda, o,ellikcə  olan  ağırlıqlara  kənarından  baxmamış,

hərbi  həkim  kimi   Vətən  qarşısında  xidməti  borcundan  çıxmaq  arzusunu  həyata  keçirtmək  üçün ordu strukturunun müxtəlif sahələrinə müraciət etsə də, xeyil vaxt get- gələ salınmışdır.Nahayət, Daxili Qoşunların  Baş İdarəsinə üz  tutmuş, 1993-cü ilin mart ayında    Daxili  İşlər  Nazirliyinin  Daxili  Qoşunların  Baş  İdarəsinin  Qaradağ   rayonunda yeni yaradılmaqda olan     hərbi  hospitalın  3 -cü (üçüncü) cərrahiyyə  şöbəsinin  ilk  rəisi  vəzifəsinə  təyin  edilmişdir.02  sentyabr  1995-ci  ildən  2001-ci  ilədək  Daxili  İşlər  Nazirliyinin  Daxili  Qoşunlarının  Baş  İdarəsinin  hərbi  hospitalı  rəisinin  (hərbi   hissə  komandirinin) müalicə  işlər  üzrə  müavini   vəzifəsində,2002-ci  ildə  isə  Ədliyə  Nazirliyinin  Tibb  Xidmətində   Vətənə və xalqa sədaqətlə xidmət  etmişdir.

O,məsuliyyətdolu bu  illər  ərzində  Daxili  Qoşunların  cəbhə  (döyüş) bölgəsində  təmsil  edən  şəxsi  heyətin  sağlamlığı  ilə  əlaqədar  səhra  lazaretində  olmuş,yaralıların  ilkin  tibbi  müalicəsi  və  amputasiyası  işlərini  bilavasitə  yerinə  yetirmişdir.Burada  çalışan  həkim  kollektivinə  dəyərli  tövsiyələr  verərək,yüksək  peşəkarlıq  təcrübəsini  əsirgəməmişdir.Gənc cərrahların yetişməsində  onun rolu və qayğısı böyük olmuş, hərbi  hospitalın  ərsəyə gəlməsində və hüquqi- normativ sənədlərin  hazırlanmasında isə xüsusi əməyi olmüşdur.

Faiq  həkim  ön  mövqeydə   olarkən  ən  mürəkkəb  ilkin  cərrahiyyə  əməlyyatı  onun  rəhbərliyi  ilə  uğurla  nəticələnmiş, heç  vaxt  ölüm  halına  yol  verməmişdir.

O,müharibənin  özünə  məxsus  qanunlarını  dərindən  dərk  edərək,cətin  anlarda  özünü  itirməmiş,

fəaliyyətini  bu  dövrün  tələblərinə  uyğun  təşkil  etmişdir.Hospitalda  fəaliyyəti  dövründə  ölmüş  hesab  edilən  dörd  nəfərdən  çox  yaralının   koma  vəziyyətindən   çıxarması,sağalıb  sıralarımıza  qaytarılması   kimi  mürəkkəb  əməliyyatı  bilavasitə  onun  rəhbərliyi  ilə  həyata   keçirilmişdir. 

Sevimli peşəsinin  vurğunu  olub onun öhtəsindən həmişə ləyaqətlə gələn  tibbi  xidməti  polkovnik-leytenantı  Faiq  Lazımovun  əvəzsiz  xidmətləri  nəzərə  alınaraq  Daxili  İşlər Nazirliyinin  Tibb  idarəsi   tərəfindən  ona  ali  hərbi dərəcəli  həkim  adı  verilmişdir.

O,cərrahiyyə  sahəsində  bir cox mövzularda-“Yoğun bağırsaqların şişləri”,”Düz bağırsaqların polipləri”, “Difrensasiya və  qəbizliklərdə yaş  miqrasiyasına görə cərrahiyə taktikasının seçilməsi” kimi  elmi  referatların və  27-yə qədar  məqalələrin  müəllifidir.

0,öz üzərində  calışaraq, daimi tibb biliyini artırmaq məqsədilə müvafiq ixtisartırma (təhkimləşdirmə) kurslarda, təlim -metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.


Vətən qarşısında  tibb xidmət sahəsində əsl hörmətə layıq olan müharibə  veteranı  Faiq Lazımov Daxili  Qoşunların  hərbi  hospitalında  xidmət  etdiyi illər ərzində öz  səmərəli  fəaliyyəti, nəzəri  və  praktiki  biliyi,mənəvi  və  işgüzar  keyfiyyəti ilə  Daxili  İşlər  Nazirliyinin  rəhbərliyinin, Daxili  Qoşunların  Komandanlığının  və  Daxili  İşlər  Nazirliyinin  tibb  idarəsini  daimi  diqqət  mərkəzində  olmuşdur. 

  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına, Hərbi  Andın,hərbi  nizamnamələrin  tələblərinə  və  vəzifə  borcuna  əməl  etməkdə,verilən  tapşırıq  və  sərəncamları  dəqiq  və  vaxtında  yerinə  yetirməkdə öz tabeliyində olanlar ücün  şəxsi  nümunə  olmuş, Hippokrat Andına  isə həmişə sadiq qalmışdır. 

İstefada  olan  tibb  xidməti  polkovnik-leytenantı  Faiq  Lazımov  peşəkarlığı, humanistliyi və sadəliyi  ilə  seçilən ömrünün  ən  məhsuldar  dövrünün  47 (qırx  yeddi)  ildən  çox  şərəfli  xidmət  yolunu  tibb  xidməti  sahəsində  davam  edir.

O, Din-in Daxili  Qoşunlarda  xidmət  etdiyi  müddətdə  xidmətdə  fərqləndiyinə  görə  Daxili  İşlər  Nazirinin,Daxili  Qoşunlar  Komandanın  və  xidmət  etdiyi (hərbi hoslital rəisinin),  hərbi  hissə  komandirinin  müvafiq  əmrləri  ilə   müvafuq medalarla, əla xidmətlərə görə döş  və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla və qiymətli  hədiyələrlə   mükafatlandırlıb və ona təşəkkur elan edilib.


Yüksək insanı keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Faiq həkim sağlamlıq bəxş etdiyi insanların ömründə və şərəfli həkim peşəsinin tarixində  yaşayacaq.  


BÜTÜN  GÖZƏL  NƏ  VARSA  SƏNİN  OLSUN  FAİQ  HƏKİM.!


100  (YÜZ)  YAŞA, SAGLAM  YAŞA.


 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və müharibə  veteranı   polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages