TƏBRİK: MİRZƏ MİRZƏYEV — 43




      İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum  günüdür. Belə insanlardan biri də  peşəkarlığı,  hümanistliyi,  işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi  və təcövzkarlığı  ilə  seçilən ehtiyatda olan kapitan  Mirzə  Mirzəyevdir. İyul ayının  29 -da onun 43 yaşı tamam oldu.

     

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan kapitan Mirzə Mirzəyevin  iyul ayının 29-da  43 yaşının tamam olması münasibətilə Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib   deyirlər, Mirzə  qoy yaşınızın üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin, hər yeni günüZ isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.


Kapitan  Mirzəyev  Mirzəyev  Şamil oğlu   1980 - ci ilin  iyul ayının  29 da Bakı şəhərində  zəhmətkeş ailədə anadan olub.

1998 -ci ildə 259 nömrəli tam orta məktəbi, 2002 -ci illdə  Azərbaycan Dövlət Universitetini, 2004-cü ildə isə  Daxili İşlər Nazirliy Daxili Qoşunların Bas İdarəsinin  Ali hərbi məktəbində   zabitlərin hazırlığı  kursnu bitrib.O, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrdə   keçiriən bir çox  təlim- metodiki- toplanışlarda, xüsusi -taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. 

2002-2003-cü illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub. 2003- 2018 -ci illərdə Din-Daxili Qoşunların Lənkaran və Sabuncu rayonlarında  yerləşən hərbi hissələrdə qrup komandiri, taqım komandiri, bölük komandirinin  tərbiyəvi işləri üzrə müavini, fiziki hazırlıq və idman rəisi, qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.”Hərbi xidmətkecmə haqqında”  qanunun 156 -cı madəsinin j) bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxlıb. 

    O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanılmasında, respublikada əmin amanlığın təmin edilməsində, dövlət əhəmiyyətli obyektlərin, inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olunmasında, ictimai təhlükəsizliyin qorunmasnda,cinayətkarlığa qarşı mübarizədə, öz xidməti vəzifələrini  yerinə yetirərkən fəriqləndiyinə görə   Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  əla xidmətlərə görə  əlacı döş və yubiley nişanları  ilə təltif olunub,  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medellarla  təltif edlib:

1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

2.”Azərbaycan Reslubilkası Silahlı Qüvvələrinin  95 illiyi (1918-2013)” yubiley medalı ilə;

3.”Qusursuz xidmətə görə” 2 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

4.”Qusursuz xidmətə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

MİRZƏ  43 YAŞIN MÜBARƏK !!!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev  



Hiç yorum yok:

Yorum Gönder

Pages