Yüksək peşəkarlığı və humanistliyi, sadəliyi , səmmimiyyəti, dəqiqliyi, təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məsuldar dövrünün 16 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş müharibə veteranı- istefada olan mayor Ramiz Mahmudovun iyul ayının 13 də 60 yaşı tamam olub.
Daim həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü istefada olan mayor Mahmudov Ramiz Namizəd oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi , Daxili Qoşunların hərbi vəzifəliləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qəbələ rayon şöbəsinin sədri,doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara möhkəm cansağlığı və həyat yollarında bitib – tükənməyən naliyyətlər arzu edib deyirlər, Ramiz qoy yaşınızın üstə gələn bu yaş da sənə sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Mahmudov Ramiz Namizəd oğlu 1963-cü ilin iyul ayının 13 -də Bakı şəhərində anadan olub.
1980-cı ildə Bakı şəhərində 126 nömrəli orta məktəbi, 1988-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fiziki tərbiyə çağırışaqədərki hazırlıq və mülki müdafiə fakultəsini,Daxili Qoşunların Baş İdarəsinin və Müdafiə Nazirliyinin Zabitlərin ixtisas artırma kursunu bitirib.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki təlim toplanışlarında xüsusi taktiki təlimlərdə,müvafiq kurslarda,
seminar və konfranslarda fəal iştirak edib.
1981-1983-ci illərdə müddətli həqiqi hərbi xidmətə olub.1988- 1991-ci illərdə isə Sovet Ordusunda müxtəlif zabit vəzifələrində calışıb.
1991-1992 ci ildə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müvafiq vəzifələrdə,1993-2003-cü illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ağdam,
Binəqədi,Füzuli və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində bölük komandirinin müavini,
bölük komandiri,tabor komandirinin müavini və alayın döyüş hazırlığı bölməsinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam,Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxili İşlər Nazirliyi Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,şəhərdə və yaşayış məntəqələrində, kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə hallar zamanı hüquqi rejimin təmin edilməsində,qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldığı orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsədə dost-tanış, qohum - əqrəba arasında özünə layiq hörmət qazanıb.
Azərbaycan Respublikasının Müstəqilliyinin və ərazi bütövlüyün qorunub saxlanılmasında, respublikada əmin amanlığın təmin edilməsində, ictimai asayişin təmin olunmasında,cinayətkarlığa qarşı mübarizədə öz xidməti və ictimai vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın onun müavinlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin və hərbi hissə komandirinin əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
4.”Böyük Zəfər” medalı ilə;
5.”Azərbaycan Respubilkasının müharibə veteranı” medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi (1918-2018)” yubiley medalı ilə;
7.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin yaranmasının 25 illiyi (1994-2019)” yubiley medalı ilə.
RAMİZ 60 - YAŞIN MÜBARƏK !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder