Ömrünün önəmli bir hissəsini Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində döyüş hazırlığı və Silah xidməti işinə həsr etmiş müharibə veteranı, ehtiyatda olan mayor İlqar Abdülüsüm oğlu Orucovun avqust ayının 1 də onun 60 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı, istefada olan mayor Orucov İlqar Abdülüsüm oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, İlqar qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mayor Orucov İlqar Abdülüsüm oğlu 1963 - cü ilin avqust ayının 1-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Mərzə kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. Orucov İlqarın qardaşı Əmrah 1993 -cü ilin yanvar ayının 25- də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.
1980- ci ildə Qərbi Azərbaycanın Basakeçər rayonun Məzrə kənd orta məktəbini, 1986 -cı ildə Azərbaycan Politexnik İnstitutunu, 2000 -ci ildə isə Müdafiə Nazirliyin Qaraheybətdə yerləşən zabit heyətinin təhkimləşdirmə ( taborun qərargah rəisi vəzifəsi üzrə ) kursunu bitrib .O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, xüsusi- taktiki təlimlərdə, komanda- qərargah məşqlərində , müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak etmişdir.
1992- 1993-cü illərdə Azərbaycan Ordusunun tərkibində taqım komandiri vəzifəsində Qazax, Tovuz və digər rayonların ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə veteranıdır.
1994- 2009 - cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Gəncə şəhərində yerləşən hərbi hissəsində (alayda) taqım komandiri, döyüş hazırlığı bölməsındə zabit, döyüş hazırlığı bölməsının rəis əvəzi və Silah xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
2009- 2013- cü illərdə Daxili İşlər Nazirliyinin Təmir-Tikinti İdarəsinin müvafiq şirkətində mühəndis vəzifəsində işləyib. 2014- cü ildən etibarən isə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə müəllim vəzifəsində çalışır.
İlqar Orucov yüksək peşəkarlığı , dərin zəkası, gözəl nitqi qabiliyyəti, sadəliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə seçilən ömrünün ən məhsuldar dövrünün 24 - ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirib.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , yaşayış məntəqələrində kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə,yaşış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında,ictimai təhlükəsizliyin təmin olunmasında, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri, döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycam Respuilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi ( 1991 — 2001)” yubiley medalı ilə;
2.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ( 1918 — 2008 )”yubiley medalı ilə;
3.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
5. “Qüsursuz xidmətə görə 1-ci dərəcəli medalı - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
İLQAR 60 YAŞIN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder