Təbrik: İbrahim Allahverdiyev- 68



    

İnsan üçün ən yadda qalan tarixlərdən  biri onun  doğum günüdür. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi, sadəliyi ilə   seçilən müharibə veteranımız  İbrahim Allahverdiyevdir.İyul ayının  1 - də onun 68 yaşı tamam olur.

      

Daimi həyatın  imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranımız- istefada olan polkovnik-leytenant  İbrahim Allahverdiyevi doğum günü münasibətilə"Azərbaycan Vətən Müharibəsi Veteranları " İctimai Birliyinin  rəhbərliyi, Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları, iş və döyüşcü yoldaşları   səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, İbrahim qoy yaşının üstə gələn bu yaş da ona sevinc dolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

      

 Allahverdiyev İbrahim Hümbət oğlu 1955 -ci ilin  iyun ayının  1- də Azərbaycan Respublikasının Saatlı  rayonunun Kirov kəndində zəhmətkeş ailədə anadan olub.

      

1975 - ci ildə Saatlı rayon təhsil İdarəsi üzrə  Kirov kənd orta məktəbi,  1983 -cü ildə  S.M Kirov adına Azərbaycan Dövlət  Ünverstetinin  kitabxanaşünas- blioqraf  fakultəsini bitirib.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarında, müvafiq kurslarda,  xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

     

1975-1977 - ci illərdə  SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətə olub

     

1983-1991 -ci illərdə   S.M.Kirov adına Maşınqayırma zavodunda  müxtəlif vəzifələrdə və komsomol təşkilatın katibi, " Salyut " Pioner düşərgəsinin rəisi  vəzifələrində işləyib.

   


 1992-2007 - ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin  Ağdam, Nərimanov  Xacmaz və Xəzər rayonlarında, Gəncə şəhərində  yerləşən hərbi hissələrində və Ali Hərbi Məktəbdə   klub rəisi, təlimatçı,  tərbiyə bölməsinin rəisi -baş təlimatçı, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və  baş müəllim vəzifələrində Vətənə və xalqa sədaqətlə  xidmət edib.

       İbrahim Allahverdiyev  2009 - 2022 ci illərdə   Sabuncu rayonu üzrə  Bakı  şəhər Təhsil idarəsinin  81 nömrəli tam orta məktəbində  hərbi rəhbər- müəllim  vəzifəsində çalışıb.

       Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, şəhərdə və yaşayış məntəqələrində, kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai asayişin təmin edilməsundə və ictimai təhlükəsizliyin təmin olunmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

       

O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

      Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdərə,  Ağdam,  Füzuli  rayonları istiqamətində) gedən döyüşlərdə  iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

      

Hərbi və müəllim yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

      

Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və  nümnəvi  xidmətlərinə  görə  Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların   məktəb  rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətələrə görə  əlacı döş və yubiley nişanları ilə ,bir çox  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

     Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:


1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991 - 2001)” yubiley  medalı ilə;

 2."Qüsursuz  xidmətə görə"2-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,


3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi( 1918 - 2008)” yubiley   medalı ilə;


4".Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal  - Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə,


İBRAHİM 68 YAŞIN MÜBARƏK !!!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi  sədrinin hüquqi işlər üzrə  müavini polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages