Yüksək peşəkarlığı, humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi, təmkinliyi, sadəliyi və səmimiyyəti ilə, seçilən ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş, müharibə veteranımız ehtiyatda olan polkovnik leytenat Muradov Arif Qara oğlunun iyul ayının 6 da 56 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alınıacıq və üzüağ çıxan Arif Qara oğlu Muradovu bu əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları, iş, döyüşçü və müəllim yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin neymət olan möhkəm cansağlığı, ailə səadatı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Arif müllim
qoy yaşının üstə gələn bu yaş da sənə sevinc dolu günlər bəxş etsin və hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin!
Vətənpərvər, torpağına, xalqına bağlı gözəl insan müharibə veteranı -ehtiyatda olan polkovnik leytenat Muradov Arif Qara oğlu 1967 -ci ilin iyul ayinin 6 -da Qazax rayonunun Dağ Kəsəmən kəndində zəhmətkeş ailədə anadan olub.
Din-in Daxili Qoşunlarında öz dəst-xətti olan Arif Muradov 1984-ci ildə Qazax rayon Dağ Kəsəmən kənd orta məktəbini, 1988-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Saratov Ali hərbi məktəbini bitrib.O, Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir cox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, komanda -qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
Əhətəsində olan insanların, iş və döyüşcü yoldaşların hörmətini qazanan, ictimai işlərdə fədakarlıq göstərən,dostlarına və yaxınlarına isti münasibətdə olan polkovnik leytenat Arif Muradov 1988-1991 - ci illərdə SSRİ DİN-in Daxili Qoşunların Nijni Taqil şəhərində və Bakı şəhəri Binəqədi rayonunda yerləşən hərbi hissələrdə taqim və böluk komandiri,1992-2005 -ci illərdə isə Müstəqil Respublikamızın Daxili işlər Nazirliyi Daxili Qoşunların Binəqədi, Hacqabul, Zakatala və Xəzər rayonlarında, Gəncə şəhərində yerləşən hərbi hissələrdə və ali hərbi məktəbdə bölük komandiri,alayın döyüş hazırlığı və mənəvi- pisxoloji hazırlığı qrupun rəisi, alay qərargahı rəisinin birinci müavini, alay komandirinin birinci müavini- qərargah rəisi, Daxili Qoşunların Bas İdarəsinin ali hərbi məktəbində isə silsilə rəisi vəzifələrində Vətənə, və xalqa sədaqətlə xidmət etmişdir.O, Daxili Qoşunların Baş Idarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra Ağstafa şəhər tam orta məktəblərin birində hərbi müəllim işləyir.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan Arif Muradov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Arif müəllim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə
ruhlandırmışdır.
O,şəhərdə, yaşayış məntəqələrində, kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,dövlət əhəmiyyətli obyektlərin mühafizə edilməsondə, fövqalədə və hərbu vəziyyət dövründə hüquqi rejimin təmin olunmasında, yanğınların,qəzaların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmaşında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Polkovnik leytenat Arif Muradov Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona həvalə vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Müharibə veteranıdlr.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində peşəkar zabitlərin,gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların , kiçik komandir heyətinin və kiçik mütəxəssislərin yetişməsində, eləcədə onların komandir, döyüş və ictimai sıyası hazırlığında xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxdıqdan sonra da hərbi quluqcuların hərbi vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında öz bilik və baçarığnı onlardan əsirgəmir.
Müharibə veteranı ehtiyatda olan polkovnik leytenat Arif Muradovu tanyanlar onun nə dərəcədə tələbkar insan olduğunu çox yaxşı bilirlər.
Arif Muradovun qiymətli cəhətlərindən biri də onun sadə, təvazökar,qeyrətli vətənpərvər olmasıdır. Böyüklə-böyük,kiciklə-kiçik,sözü ilə əməli düz gələn bir gözəl və xeyirxah insandır,Azərbaycanmızın bu günu, sabah ilə bağlı daimi düşünən, ölkəmizi daimi qüdrətli,güclü və firavan görmək istəyən peşəkar və təcürbəli zabitdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Ali Hərbi Məktəb rəislərinin,hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla idmətlərə görə əlacı döş və yubiley (müvafiq idman dərəcələri) nişanları ilə təltif olunub, bir cox fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fəriqlənməyə görə, şücaət və fədakarlıq xidmətlərinə görə SSRI Alı Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə
aşağıdakı medallarla təltif olunub:
1."SSRİ Silahlı Qüvvələr inin yaranmasının 70 iliyi (1918-1988)” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 iliyi (1991-2001)” yubiley medalı ilə;
3.”Qüsursuz xidmə görə" 1-ci, dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK ARİF MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN
Azərbaycan Respubilkası Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder