Tarixdə bu gün: 20 iyul



Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır?

 1936-cı il 20 iyulda Montrö Boğazlar Müqaviləsiimzalandı. Bu müqavilə ilə İstanbul və Çanaqqala boğazlarının nəzarəti tamamilə Türkiyəyə keçdi.

  Barış zamanı bütün sərnişin gəmilərinə keçid haqqı verən razılaşma ilə Qaradənizə sahili olmayan ölkələrin döyüş gəmilərinin keçidlərinə isə məhdudlaşdırma gətirildi.

***

  “Apollo 11” kosmik gəmisi ilə fəzaya uçan Amerika astronavtları Nil Armstronq (Neil Armstronq), Bazz Oldlin (Buzz Aldrin) və Maykl Kollinz Mun (Michael Collins) 1969-cu ilin 20 iyulunda Aya çatdılar. Enişdən 6 saat sonra Nil Armstronq Ay səthinə addım ataraq bir ilki reallaşdırdı. Onun Aya ayaq basarkən söylədiyi "İnsan üçün kiçik, insanlıq üçün böyük addım” sözləri tarixə düşdü.  

  ABŞ-ın Ay proqramı - bəşəriyyət tarixində ilk dəfə Ay peykinin səthinə enmə bu günədək insanın başqa bir planetə enməsi baxımından yeganə və təkrarsız hadisə sayılır.

***

  1974-cü ildə Kiprdə hərbi çevrilişlə ölkə başçısı Makariosun devrilməsindən sonra rumlar tərəfindən ilhaq edilməsi təhlükəsi və türk əhalisinin soyqırıma məruz qalmasının qarşısını almaq üçün Türkiyə özünün qarant-ölkə öhdəliyinə əsasən adaya desant çıxarmaq haqqında qərar qəbul etdi və Qıbrıs Barış Hərəkatı başlandı.

  Dövrün CHP-MSP koalisiya hökumətinin baş naziri Bülent Ecevit hərəkatla bağlı: "Biz əslində döyüş deyil, sülh, tək türklərə deyil, rumlara da barışı aparmaq üçün adaya gedirik", - dedi.

  Qıbrız Barış Hərəkatından sonra Kipr faktiki olaraq iki hissəyə - rum və türk icmalarının məskunlaşdığı ərazilərə parçalandı.

***

  1996-cı il 20 iyul – 4 avqust tarixləri arasında Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində keçirilən 26-cı yay Olimpiya Oyunlarında Azərbaycan ilk dəfə olaraq müstəqil komanda şəklində təmsil olundu. Seçmə komandanın heyətinə 22 idmançı daxil idi. Bu yarışlarda sərbəst güləşçi Namiq Abdullayevolimpiadanın gümüş medalına layiq görüldü. 

***

  1966-cı ildən başlayaraq Ümumdünya Şahmat Federasiyası – FİDE-nin qərarı ilə bütün dünyada 20 İyul Beynəlxalq Şahmat Günü kimi qeyd edilir. 

***

20 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Bu gün ilk azərbaycanlı cərrah-alim, akademik Mirəsədulla Mirqasımovun xatirə günüdür.

  1913-cü ildə Novorossiyk Universiteti tibb fakültəsini bitirən, Azərbaycanda tibb elminin əsasını qoyanlardan olan Mirəsədulla Mirqasımov Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti olub.

  Cərrahlığa dair Azərbaycan dilində ilk dərsliyin müəllifi olan görkəmli alim 1958-ci ilin 20 iyulunda 65 yaşında dünyasını dəyişib. (1883-1958)

***

  Döyüş idmanı ustası və aktyor Brüs Li (Bruce Lee) 1973-cü ilin bu günü 33 yaşında həyatdan köçüb. (1940-1973)

Hiç yorum yok:

Yorum Gönder

Pages