İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, vətənpərvərliyi və təcövzkarlığı ilə secilən Müharibə Veteranı Həbiyev Əhli Həbibulla oğludur. İyul ayının 6 -da onun 60 yaşı tamam oldu.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon şöbə sədrinin təşkilati məsələlər üzrə müavini Əhli Həbiyevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Sabit Kazımov, doğmaları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Əhli qoy yaşının üstə gələn bu yaş da sənə, sevincdolu illər bəxş etsin, hər yeni günn isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin daha da xoşbəxt etsin.
1963 - cü ildə Azərbaycan Respublikasının Saatlı rayonunun Qaracalar kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
1980- ci ildə Saatlı rayon təhsil İdarəsi üzrə Qaracalar kənd orta məktəbi, 1986 - cı ildə isə Bakı Saneye və Neft texnikomunu bitirib.
1981- 1983-cü illərdə Sovet Ordusunun Almaniyada yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətə (manqa komandiri vəzifəsində) olub.
1991 - 1994 - cü illərdə Azərbaycan Respublikasında ilk yaradılmış Əlahiddə Şıxov Könülər taborunun və Azərbaycan Ordusunun tərkibində taqım komandiri vəzifəsində Azərbaycan ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə, Kəlbəcər, Şuşa, Cəbrayıl, Tərtər və Qubadlı rayonları istiqamətlərində gedən döyüşlərdə bir taqım komandiri kimi üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 2 dəfə (28 dekabr 1991 -ci ildə Şuşa şəhəri, 26 avqust 1993 - cü ildə isə Lacın rayonu uğrunda gedən döyüşlərdə)yaralanıb.
44 günlük vətən müharibəsi dövründə Əhli Həbiyev könüllü olaraq hərbi qulluqçularmızın yanında olaraq onlara maddi və mənəvi köməklik göstərmişdir.
Hərbi və doyüşcu yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, xidmət etdiyi hərbi hissənin komandirinin, AVMVİB-in Xətai rayon şöbə sədrinin müvafiq əmrləri ilə müvafiq xatirə medalları ilə, döş və yubiley nişanları ilə, bir cox fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
ƏHLİ 60 YAŞIN MÜBARƏK !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Hiç yorum yok:
Yorum Gönder