Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında öz dəst-xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, təşkilatçılıq bacarığı, sadəliyi, səmimiyyəti, işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 29 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş hörmətli veteranımız - ehtiyatda olan polkovnik Rəsul Vəliyevin iyul ayının 5 - də 55 yaşı tamam olur.
Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Silahlı Qüvvələr və Müharibə veteranı- ehtiyatda olan polkovnik Vəliyev Rəsul Həmid oğlunu doğum günü münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitlər və baş zabitlər birliyi səmimi qəlbdən təbrik edir, səbəbkara, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rəsul müəllim qoy yaşınızın üstə gələn bu yaş da sənə sevinc dolu illər bəxş etsin və hər yeni günn isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Polkovnik Vəliyev Rəsul Həmid oğlu 1968-ci ilin iyul ayının 5-də Gürcüstan Respublikasının Marneuli rayonunun İlməzli kəndində zəhmətkeş ailədə anadan olub.
1985-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun İlməzli kənd orta məktəbi, 1996-cı ildə Tbilisi şəhərində Cavaxanaşvili adına Dövlət Universitetinin hüquq fakultəsini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim - metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə, kamando qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1976- 1978 -ci illərdə Sovet ordusunun Vladikafkazda və Əfqanıstanda yerləşən hərbi hisaələrin birində müddətli həquqi hərbi xidmətdə olub.1991-ci illərdə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunlarının Naxçıvan şəhərində və Xətai rayonunda yerləşən hərbi hissədə sürücü-baş təlimatçı, 1992-2015-ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt şəhərində, Ağdam, Qaradağ, Nərimanov, Xətai və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, ərzaq və əşya xidməti, hərbi hissə komandirinin maddi-texniki təminat xüdmətləri üzrə müavini vəzifələrində Vətənə və xalqa xidmət edib.
1991-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli) rayonları istiqamətində gedən döyüşlərində iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin və xüsusi yüklərin mühafizə edilməsində, yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, fövqəladə hallar zamanı hüquqi rejimin təmin olunmasında, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Öz xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib. Həmçinin Rəsul Vəliyev Əfqanıstan Respublikasında xidməti zamanı “Döyüş Xidmətlərinə görə” medalı ilə, “Əfqan Xalqından Təşəkkür” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1."Hərbi
xidmətlərə görə" medalı ilə;
2."Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı" medalı ilə;
3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının 10 İlliyi (1991-2001)” yubiley medalı ilə;
4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
6."Qüsursuz xidmətə görə 1- ci dərəcəli medalı- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
7."Qüsursuz xidmətə görə"2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
8."Qüsursuz xidmətə görə" 3 dərəcəli medal ilə, Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
RƏSUL 55 YAŞIN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN XOŞ GÜNLƏR YAŞATSIN!
Azərbayc Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder