Bu gün Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 7 yeni vitse-prezident təyin edilib.
Adalet.az xəbər verir ki, rəhbər vəzifəyə təyin edilənlərdən ikisi xanımdır. Onlar Arzu Sahib qızı Cavadova və Ziba Tacəddin qızı Mustafayevadır.
Arzu Cavadova bu təyinatadək SOCAR-ın Baş geoloqu vəzifəsindən çalışıb. 1996-cı ildə ARDNŞ-nin Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən ARDNŞ-nin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışıb. 1999-cu ildən 2007-ci ilədək ABŞ-nın Frontera Resourses şirkətində baş geoloq, Salyan OYL Şirkətində işlənmə üzrə geoloq, Delta Hess (ACG) Ltd. şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində işləyib.
2007-ci ildən BP şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis və baş geoloq, 2019-cu ildən geoloq vəzifəsində işləyib. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. A.Cavadova geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.
Ziba Mustafayeva isə SOCAR prezidentinin müşaviri idi.
Hiç yorum yok:
Yorum Gönder