Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan 2 465 övladının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.
525.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Həmin şəxslərin bölgüsü aşağıdakı kimidir:
- Ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil) təhsil alan 1863 nəfər
- Orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan 577 nəfər
- Peşə təhsili müəssisələrində təhsil alan 25 nəfər.
Hiç yorum yok:
Yorum Gönder