Roma Papası Stokholmda Quranın yandırılmasına qəzəbləndi



Roma Papası Fransisk Stokholmda Quranın yandırılması kimi hərəkətlərə nifrət etdiyini deyib.

“Mən qəzəbliyəm, belə hərəkətlərə nifrət edirəm. Xalqın müqəddəs saydığı hər hansı kitaba möminlərin xatirinə hörmətlə yanaşmaq lazımdır. Söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir”, - deyə Papa bildirib.

Qeyd edək ki, İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki kafedral məscidi yaxınlığında polisin icazəsi ilə Quranı yandırmaq aksiyası keçirmişdi. O, Qurandan vərəqləri cırıb, onlarla ayaqqabısını silib, kitabın içinə bekon qoyub yandırmışdı.

Hiç yorum yok:

Yorum Gönder

Pages