Daxili İşlər Nazirliyinin islah- əmək müəssisələrində və Daxili Qoşunlarında öz dəst- xətti olan, yüksək peşəkarlığı,dərin zəkası, gözəl nitq qabiliyyəti ilə secilən, müharibə veteranı polkovnik Sabir Aşurovun iyul ayının 18 -də vəfatından 3 il ötdü.
Polkovnik Aşurov Sabir Məcid oğlu 1955-ci ilin dekabr ayının 17-də Gürcüstan Respubilkasının Bolnis rayonunun Faxralı kəndində zəhmətkeş ailədə anadan olmuşdu. 2020 - ci ilin iyul 18 -də Bakı şəhərində vəfat edib.
Sabir Aşurov 1974 -cü ildə Gürcüstan Respubilkasının Bolnisi rayonunun Faxralı kəndində orta məktəbi,1978 -ci ildə isə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1975- 1977 -ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 1983-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Gürcüstan Respubilkasının Saqaredjo rayonunda və Rustavi şəhərində yerləşən islah- əmək müəsissələrində dəstə rəisi vəzifələrində işləmişdir.
1992- 2007-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Kadırlar və İşlər idarələrinin rəisi, Daxili Qoşunların Qaradağ rayonunda yerləşən hərbi hissədə hərbi hissə komandirinin döyüş hazırlığı üzrə müavini,Daxili Qoşunların Baş İdarəsininn doyüş hazırlığı idarəsində baş zabit, beynalxalq hərbi əməkdaşlıq şöbəsində baş zabit və həmin şöbənin rəisi vəzifələrində Vətənə və xalqa sədəqətlə xidmət etmişdir.
Sabir Aşurov 2000- 2006-cı illərdə xidməti işlə əlaqadər bir sıra xariçi ölkələrdə ( Türkiyə, ABŞ, Ruminya) Jandarma təşkilatlarınının Beynəlxalq konfranslarında iştirak etmişdir.Türkiyə və İspaniya Jandarm təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında və bu əlaqənin inkişaf etdirilməsində xüsusi fəallığı ilə secilmişdir.
O,1992-1994- cü illərdə Azərbaycan Respubilkasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək üzərinə düşən vəzifə və tapşırıqları şərəflə yerinə yetirmişdir. Müharibə veteranı idi.
Polkovnik Sabir Aşurovun fədakar xidməti diqqətdən kənarda qalmamışdır.O, Daxili İşlər Orqanlarda və Daxili Qoşunlarda calışdığı müddət ərzində qusursuz və nümnəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Döyüş hazırlığı İdarə rəisinin, hərbi hissə komandirinin, islah -əmək müəsissə rəislərinin müvafiq əmirləri ilə bir sıra medallarla, əlacı döş və yubiley nişanları ilə təltif olunub, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və təşəkkur elan edlib.
Allah rəhmət etsin!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder