“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 19 iyul 2023-cü il tarixdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya (bundan sonra - İctimai Şura) seçkilər keçirilib. Qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 6 namizəd İctimai Şuranın üzvü seçilib:
- Əliyev Fuad Ağasi oğlu - “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyi
- Gözəlova Günel Salam qızı - “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi
- İskəndərli Ramil Əvəz oğlu - “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi
- Mehtiyeva Rahilə İbrahim qızı - “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
- Şükürov Adil Arif oğlu - “Miqrasiya Könüllüsü” İctimai Birliyi
- Vəliyev Asim Nazim oğlu - “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İctimai Birliyi
İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 3 yer üçün müvafiq qanunvericiliyə uyğun olaraq, 21 iyul 2023-cü il tarixdə saat 10:00-dan 16:00-dək Bakı şəhəri regional miqrasiya baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Atatürk prospekti 189) namizədliyi qeydə alınmış aşağıdakı şəxslər arasında təkrar seçkilər keçiriləcək:
- Abbasova Nigar Emin qızı
- Bağırov Ağamirzə Əhməd oğlu - “Gənc Hüquqşünaslar” İctimai Birliyi;
- Fərzəliyev Əli Vələhəd oğlu - “Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi
- Hüseynova Məhsəti Əli qızı - “Gənclərin Töhfəsi” İctimai Birliyi
- İsmayılov Nadir Nəbi oğlu - “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi
- Kətanov Məmməd Teymur oğlu - “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”
- Muradov Mahir Tahir oğlu
- Sadiqli Vüqar Anar oğlu
- Şəkiyev Tariyel Zal oğlu
Xatırladaq ki, təkrar seçkidə iştirak edəcək namizədliyi qeydə alınmış şəxslər artıq qeydiyyatdan keçmiş seçicilər tərəfindən seçiləcək.
Hiç yorum yok:
Yorum Gönder