Müasir və müstəqil Azərbaycan səhiyyəsinin formalaşmasında xidməti olan insanlardan birinin-Respublikamızın Əməkdar həkimi, müharibə veteranı, ehtiyatda olan t/x baş leytenantı,Tibb üzrə fəlsəfə doktoru, dosent Taryel Əli oğlu Eyvazovun doğum günüdür. T.Eyvazov 1949-cu il iyulun 30-da Ağdamda doğulub. Azərbaycan Tibb Universitetini bitirib, ixtisasca həkim-terapevtdir. Təyinatla Ağdama qayıdıb. Qısa nüddətdə əhalinin hörmətini qazanıb. Doktor Eyvazov 1990-1995-ci illərdə Ağdam rayon səhiyyəsinə rəhbərlik edib. Xocalı soyqırımı baş verən zaman yaralılara ilkin tibbi yardım göstəriməsinə dəstək olanlardan da biri Taryel Eyvazov idi.T.Eyvazovun ömür-gün yoldaşı da həkim-ginekoloqdur.
Hazırda Azərbaycan Tibb Universitetində çalışan dəyərli doktorumuz Taryel Eyvazovu dostlar və doğmalar adından təbrik edir, ən xoş arzularımızı bildiririk.
Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist.
Hiç yorum yok:
Yorum Gönder