Cənab Prezidentə müraciət



Bakmiltv.info ya müraciət daxil olub.

73 yaşlı Bakı sakini, II grup əlil, müxtəlif xəstəliklərdən əziyyət çəkən; bir gözü (sağ) əməliyyyat olunub, sol gözü görmür, qara ciyər, mədə bağırsaq xəstəliyinə tutulan Səlminaz Şərafəddin qızı Ramazanova 1967-ci ildən etibarən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi ev 41-də yaşayır. Həyat yoldaşı vəfat edib və üç Oğul, bir qız anasıdır. II grup əlil oğlu (şiş xəstəsi, ruhi xəstə və gözdən əlil) Vüqar Ramazanov onunla birlikdə yaşayır. Həyat yaşam tərzləri olduqca acınacaqlıdır. Səlminaz nənə uzun illərdir qonşusu Sadıqovlar ailəsi tərəfindən əziyyət və zülmə məruz qalıb. Valeh Sadıqov  və onun anası Şəhrabanu Sadıqova tərəfindən Səlminaz xanımın evinin yolu qanunsuz olaraq (dəmir darvazas qapısnın arxası böyük daşlarla) uzun illərdir bağlanılıb, hər zaman nəlayiq, təhqiramiz ifadələr və hədə-qorxu altında yaşayıb. Dəfələrlə məhkəmə çəkişmələri olsa da şikayətləri nəticəsiz qalıb. Müxtəlif aidiyyatı qurumlara müraciəti və televiziya verlişlərində Səlminaz nənənin haqq səsinə cavab alaraq 2010-cu ildə qonşu Valeh Sadıqov onun evinin yolunu (dəmir darvaza) açıb. Bir müddət keçdikdən sonra yenidən həmin yolu Valeh bağlayıb. Sadıqovlar ailəsi, yaşlı Səlminaz nənənin tək olmağından sui istifadə edərək və onu təkləyərək hədə qorxu gəlirlər. 

Sizin media vasitəsi ilə Səlminaz Ramazanova, Cənab Prezident İlham Əliyevə müraciət edir. Qanunsuz olaraq qonşusu, Valeh Sadıqov tərəfindən bağlanılan evinin yolununun açılmasına köməklik göstərilməsini xahiş edir.

Hiç yorum yok:

Yorum Gönder

Pages