“Azərbaycan öz ərazisindəki - Qarabağdakı - sonuncu erməni təxribatçısını, qanunsuz silahlını məhv edənə qədər müxtəlif əməliyyatlar aparmalı olacaq”.
Bu fikirləri Bakmiltv.infoya Qarabağda törədilən erməni təxribatları və “Qisas-2” əməliyyatı haqqında danışarkən deputat Hikmət Babaoğlu deyib. O qeyd edib ki, Azərbaycan ərazisində başqa ölkənin qeyri-qanuni hərbi birləşmələri, terrorçuları olduğu müddətdə regionda sülh olmayacaq:
“Azərbaycanın həyata keçirdiyi sonuncu “Qisas-2” əməliyyatını da sülhü yaxınlaşdırmağa xidmət edən əməliyyat kimi qiymətləndirmək lazımdır. Ermənilərə cəsarət verən də, bu günə qədər sülhün əldə olunmasına mane olan da Azərbaycan ərazisində 10 mindən çox erməni terrorçunun qalmasıdır. Nə qədər ki onlar tam məhv edilməyiblər, Ermənistan və Azərbaycan arasında sülh mümkün olmayacaq. Vaşinqtonda keçirilən sonuncu görüşdə də ciddi irəliləyişlərin əldə olunmamasının səbəbi Azərbaycanda 10 min erməni terrorçunun olması və onları Rusiyanın himayə etməsidir. Ona görə Azərbaycan bundan sonra da əməliyyat apara bilər və aparacaq. Çünki başqa çıxış yolu yoxdur. Azərbaycan ərazisindəki terrorçular sülhə mane olan əsas qüvvədir. “Qisas” əməliyyatları davam etdiriləcək”.
Qeyd edək ki, iyunun 27-də ordumuzun növbəti erməni təxribatına cavab olaraq həyata keçirdiyi “Qisas 2” əməliyyatı zamanı beş terrorçu zərərsizləşdirilib. Ermənistanın Müdafiə Nazirliyi onlardan ikisinin ölkənin silahlı qüvvələrinin hərbçisi olduğunu etiraf edib.
Nazirlik Azərbaycana həmin hərbçilərin cəsədlərini qaytarmaq xahişi ilə müraciət edib və humanizm əlaməti olaraq erməni döyüşçülərin meyitləri ölkələrinə geri göndərilib.
Hiç yorum yok:
Yorum Gönder