Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1 189mənzilin seçim prosesi başa çatıb.
Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlı qurumun təşkil etdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, vətəndaşların əksəriyyəti mənzil seçimi ərizələrini imzalayıblar.
"1 022 mənzil üzrə seçim ərizələri imzalanıb, 167 mənzil seçilib və onlar üzrə ərizələr növbəti günün sonuna kimi imzalanıb təqdim olunacaq",- deyə o bildirib.
F. Qurbanlı vurğulayıb ki, satış prosesində əlavə təhlükəsizlik tədbirləri görülüb: "Bu, bəzi işbazların xüsusi hazırlanmış proqram təminatları vasitəsilə mənzil seçim prosesini sürətli həyata keçirməsinin qarşısını almaq məqsədilə edilib. Bununla əlaqədar olaraq iki fərqli CAPTCHA kodu seçki prosesində tətbiq olunub ki, bununda sayəsində hər hansı sürətli seçim halı qeydə alınmadı".
Xatırladaq ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzil, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510mənzil, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzil satışa çıxarılıb.
“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.
Hiç yorum yok:
Yorum Gönder