Azərbaycanda demokratik mətbuatın formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır"- Əhməd İsmayılov



Medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.


Bu barədə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müasir Azərbaycan mediası - peşəkarlıq standartları və yeni trendlər" mövzusunda Respublika elmi-praktik konfransı zamanı çıxışında deyib.

“Ulu Öndər jurnalist peşəsinə hər zaman dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmasda olmuş, onların problemləri ilə maraqlanmış və heç vaxt köməyini əsirgəməmişdir. Media subyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara müvafiq güzəştlərin təyin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, fərman və sərəncamlar imzalamışdır. Onun 2000-ci ildə imzaladığı Fərmanla Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsinin, ümumiyyətlə, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur. 2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində “Jurnalistlərin dostu” seçilməsi Ümummilli Liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığının, medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub”,- deyə Ə. İsmayılov əlavə edib.

Hiç yorum yok:

Yorum Gönder

Pages