Akademik Milli Dram Teatrın aktyoru Ramin Tofiq oğlu Şıxəliyevin ad günüdür.



12 iyul Akademik Milli Dram Teatrın aktyoru Ramin Tofiq oğlu Şıxəliyevin ad günüdür.Can sağlığı arzu edirik Təbriklər 

Ramin Şıxəliyev 1979-cu il iyul ayının 12-də Lerik rayonunun Kələxan kəndində anadan olub. 1997-ci ildə Kələxan kənd orta məktəbini və Lerik rayon yeddiillik incəsənət məktəbini bitirib.

2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino sənəti fakultəsini dram kino aktyoru ixtisası üzrə bitirib. Həmən il universitetin sənətşünaslıq fakultəsinin teatrşünastlıq ixtisası üzrə magistr pilləsinə qəbul olunmuşdur.

Təhsil illərindən “İlham” Miniatür Teatrına dəvət almış və beş il o teatrda aktyor vəzifəsində çalışmışdır.

2003-cü ildən Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlardan biri kimi fəaliyyət göstərib. 2011-ci ilin dekabrından Akademik Milli Dram Teatrının aktyorudur.

Teatr səhnəsindəki rolları
1998-2003-cü ilədək “İlham” Minüatür Teatrında oynadığı rollar
Əyyaş (“Dünyanın axırı” R.Əlizadə),
Satıcı (“Şifonerdə eşq məhəbbət” C. Aslanoğlu),
Balabəy (“Qulaq”),
Qurd (“Qurd və Quzu” R. Səməndər),
Montyor (“Müasir toy” Miryusif).
2003-2012-ci ilədək Bakı Bələdiyyə Teatrında oynadığı rollar
Cəlal (“Ölülər” C. Məmmədquluzadə),
Fərraş (“Nadir şah” N.Nərimanov),
Xasməmməd (“Dönüş” C.Cabbarlı),
Cəbhəçi (“Oğul” A. Babayev),
Poçtalyon (“Damokl Qılıncı” N. Hikmət),
Silvestr (“Skapenin kələkləri” J.B.Molyer),
Qulaməli (“Müsyo Jordan dərviş Məstəli şah” M.F.Axundzadə),
Sahə müvəkkili (“Daşa dönmüş ürəklər” X.Əlimirzəyev),
Qazı köməkçisi (“Bəylik dərsi” M.Süleymanlı),
Arslan ağa (“Əli və Nino” Q.Səid),
Ağa Bəşir (“Mürafiyə vəkilləri” M.F.Axundzadə),
Əvəz Əvəzov (“Qaravəlli” Anar),
Xoren (“Türk sancağı” A.Qurbani)
2012-ci ildən Akademik Milli Dram Teatrında oynadığı obrazlar
Ərizəçi (“Sərgüzəşti-vəziri-xani- Lənkəran”, Mirzə Fətəli Axundzadə)
İgid (“Qanlı Nigar”, Sadıq Şəndil),
Qonsalonun qohumu və Don Lopes (“Don Juan və Həndəsə” Maks Friş),
Kobi (“Yaşlı xanımın gəlişi”, Fridrix Dürenmatt),
Nüsrət (“Oliqarx”, Əfqan),
Tək göz (“Kuraj və uşaqları”, Bertold Brext),
Hüseyn Şahid (“Anamın kitabı”, Cəlil Məmmədquluzadə),
Qulluqçu, Siçan bəy (“Danışan gəlincik”, Abdulla Şaiq),
Fərari (“Generalın son əmri”, Vaqif Səmədoğlu)
11. Alberto (” Silindr”) .
Quldurbashi (” Alibaba ve Qirxquldur”)
Kapral (“Kölgə “)
Muhemmed Huseyin Xan (” Nadir Shah “).
Yashli Kishi (” 21 .15 Qatari “).
Imperator Yadish (”Laleli Duzen”)
Yusif (Aldanmış ulduzlar )
Kərbəlayi Vəli (“Ölülər”, C. Məmmədquluzadə)
Bobçinski (“Müfəttiş”, N.V. Qoqol)
Timur bəy (“Vəsiyyət”, H. Mirələmov)
Dəcəl Cirtdan (“Buzlar ölkəsi”, Anar Sadıqov)
Keçəl (“Kosanın qızı”, Anar Sadıqov)
Qoca Knyaz (“Xanuma”)
Kaktus (“Çipollino”)
Ocaqqulu (“Almaz”, C. Cabbarlı)
Məhəmmədhüseyn (“Cəhənnəm sakinləri”, Elçin)
Nikola (“Qəribə, çox qəribə əhvalat”, M. Qavran)
Manqurt (“Manqurt”, Ç. Aytmatov)
Karlo Ata (“Buratino Axmaglar olkəsində”)
Vanya (“Qarabağnamə”, İ. Əfəndiyev)
 Yaşar tamaçasida - Əmirulu obrazı və.s

Bir çox dövlət tədbirlərində və əyləncəli verilişlərdə çıxış edib.

Filmoqrafiya
Biz qayıdacağıq (film, 2007)
Cavid ömrü (film, 2007) – gənc bolşevik
Seçilən (film, 2008)‎
Qanadlarıma sığal çək (film, 2008)
Qovğalı kəndinin gecələri (film, 2008)
Oyunçu (film, 2008)
Cavad xan (film, 2009) – erməni
Susmuş vicdan (film, 2010)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Dolu (film, 2012)
Sübhün səfiri (film, 2012)
Dələduzlar (film, 2014)
Qız yükü ( serial)
5+ (serial)
Həyat sən nə qəribəsən (Arif Həkim, Serial)
“Bizim Jek”  1.2.3.4
“Dəfnı Agacı” (Fariz,serial)
Bir ailəm var (Qardaş, serial)
Son Addım (Ceyhun, serial)
Aşk Kurbanları (Balaqədeş)
Gizlənpaç (Hitler)
Mozalan – “Mənlikdi” (Mənlik müəllim)
Baldız  (Hətəmpaşa, serial

 " Ata Ocagi " seryalinda Gənc Ata ,
 " Ucrum"  seryalinda  - Tofiq
" Abdulla Şaiq " filmi Abdulla Şaiq obrazı.

Hiç yorum yok:

Yorum Gönder

Pages