Əjdər Zeynalov
Doğum tarixi: 04.07.1964
Həyatı- Zeynalov Əjdər Mehdi oğlu 1964-cü ildə Qərbi Azərbaycanın Zəngibasar-Uluxanlı mahalının Qaraqışlaq kəndində anadan olub. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının aktyorudur. Əjdər Zeynalov 1988-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirmişdir. 1982-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrına aktyor ştatına götürülmüş, İsi Məlikzadənin “Gəl qohum olaq” komediyasında Ədalət rolu ilə böyük səhnədə yadda qalan obraz yaratmışdır. Elə həmin ildə, yəni 1982-cü, ildə ali təhsil almaq cavan aktyor kimi teatrda fəaliyyətini davam etdirmək üçün Bakıya göndərilmişdir. 1988-ci ildə məlum hadisələr nəticəsində erməni millətçiləri tərəfindən teatr da dağıdılmış, milyonlarla insanlar kimi teatr və aktyorlar Azərbaycana köçmüşlər. 1989-cu ildə teatr öz fəaliyyətini artıq Bakıda bərpa eləyir və fəaliyyətə başlayır. Ə.Zeynalov 1989-cu ildən bu günə qədər İrəvan Dövlət Azərbaycan Dram teatrında yüksək dərəcəli aktyor kimi öz fəaliyyətini davam etdirir.Bu müddət ərzində aktyor səhnədə Z.Yaqubovun “Didərginlər”, İ.Əfəndiyev “Mahnı dağlarda qaldı”, H.Hikmət “Unudulan adam”, N.Dumbadre “Ağ bayraqlar”, K.Qaldoni “Məzəli hadisə” , C.Mitrasloviç “Gecə yarı soyğunçuluq”, Anar “Adamın adamı”, E.Xuqayev “Elburus evlənir”, M.F.Axundov “Lənkəran xanının vəziri”, “Mürafiyyə vəkilləri”, N.B.Vəzirov “Yağışdan çıxdıq yağmura düşdük”, A.P.Çexov “Ayı”, Malyer “Məcburən doktor” və s. səhnə əsərlərində bir-birindən maraqlı obrazlar yaratmışdır.
2013-cü ildə aktyor Milli Akademik teatrında Elçinin “Sənətkarın taleyi” əsərində Qubernator rolunu oynamaq üçün dəvət olunmuş və indiyə qədər də müqavilə əsasında fəaliyyətini davam etdirir.
Böyük kinoda : T.Tağızadə “Köpək”, Y.Qusman “Qorxma mən səninləyəm” filmlərində ilk addımı atan aktyor, sonralardan Ş.Ələkbərov “Qəzəlxan”, R.Əsədov “İtirilmiş həqiqət”, O.Mirqasımov “Qisas almadan ölmə”, E.Cəfərov “Dolu”, Y.Rzayev “Dronqo – xeyirlə şərin rəqsi”. Milli seriallarımızda “Susmuş Vicdan”, “Toy gecəsi”, “Ləkə”, “Həyat çiçəyi”, “Səni ürəyim sevdi”, “Tufanlı səma”, “Göyçək Fatimə”, “İki ömür”, və s. – də bir – birindən maraqlı yadda qalan obrazlar yaratmışdır.
===
Filmoqrafiya:
Qəzəlxan (1991, tammetrajlı bədii film) – aktyor
Köpək (1994, tammetrajlı bədii film) – aktyor
Yük (1995, tammetrajlı bədii film) – aktyor
Kiçik leytenant (1996, tammetrajlı bədii film) – aktyor
Ömürdən uzun gecə (1996, tammetrajlı film-tamaşa) – aktyor
Sovqat (II) (2008, qısametrajlı bədii film) – aktyor (prorab)
İtirilmiş həqiqət (2008-2011, bədii serial) – aktyor (polkovnik)
Susmuş vicdan (2010-2012, bədii serial) – aktyor
Aramızda qalsın (2011-2013, bədii serial) – aktyor
Azərbaycan xanlıqları. İrəvan xanlığı (2012, qısametrajlı sənədli televiziya filmi) – aktyor
Bənzərəm bir qocaman dağa ki... (2012, qısametrajlı sənədli televiziya filmi) – aktyor
Dolu (2012, tammetrajlı bədii film) – aktyor (Levon)
Sirr (2012-2013, bədii serial) – aktyor
Həyat varsa... (2012-2014, bədii serial) – aktyor
Bir ömrün salnaməsi (2013, qısametrajlı sənədli televiziya filmi) – aktyor
Həyat çiçəyi (2013, bədii serial) - aktyor (Vaqif)
Qanun naminə (II) (2013, bədii serial) – aktyor
Qisas almadan ölmə. Keçmişdən məktublar (2013, tammetrajlı bədii film) – aktyor (alman)
Qorxma, mən səninləyəm! 1919 (2013, tammetrajlı bədii film) – aktyor
Muradına çatan günəş (2013, bədii serial) – aktyor
Sirli bənövşə (2013, qısametrajlı sənədli film) – aktyor
Toy gecəsi (2013, bədii serial) – aktyor (Aslan)
Çaqqal nəfəsi (2013-2014, bədii serial) – aktyor (Rüfət)
Ləkə (2013-2014, bədii serial) – aktyor
Göyçək Fatimə (2013-2015, bədii serial) – aktyor (Nadir Musayev)
Tək olanda qorxma... (2013-2015, bədii serial) – aktyor
Həyat sən nə qəribəsən (2013-2016, bədii serial) – aktyor (Mütəllim)
Qatillə görüş (2014, tammetrajlı bədii film) – aktyor
Qisas (II) (2014, bədii serial) – aktyor
Səni ürəyim sevdi (2014, bədii serial) – aktyor
Boyunbağı (II) (2014-2015, bədii serial) – aktyor
100 kağız (2015, tammetrajlı bədii film) – aktyor
Fədakar (2015, tammetrajlı bədii film) – aktyor (həbsxana rəisi)
Xeyirlə şərin rəqsi (2015, tammetrajlı bədii film) – aktyor (Zinur)
Tufanlı səma (2015, bədii serial) – aktyor
2 ömür (2016, bədii serial) – aktyor (Rafael)
Əbədi ezamiyyət (2016, tammetrajlı sənədli film) – aktyor (Ramiz Abutalıbovun cavanlığı)
Qarabağnamə (2016, bədii serial) – aktyor
Qayıdış (V) (2016, tammetrajlı bədii film) – aktyor
Kölgə (II) (2016-2017, bədii serial) – aktyor (Mahmud)
Əfsanə (II) (2017, qısametrajlı sənədli film) – aktyor (Hacı Zeynalabdin Tağıyev)
İki yad adam (2017, qısametrajlı bədii film) – aktyor
Mən klounam (2017, tammetrajlı bədii film) – aktyor
Ölümündən sonra məhkəmə (2017, qısametrajlı sənədli film) – aktyor
4 baş (2018, tammetrajlı bədii film) – aktyor (Canavar)
Gül Əhməd (2018, tammetrajlı bədii film) – aktyor
Miras (V) (2018, tammetrajlı sənədli film) – aktyor
Şollerin arxivi (2018, tammetrajlı bədii film) – aktyor
Ümidlər puç olanda (2018, tammetrajlı bədii film) – aktyor
100 il şərəfli ömür (2019, qısametrajlı sənədli film) – aktyor
Anbar (2019, tammetrajlı bədii film) – aktyor
===
Hiç yorum yok:
Yorum Gönder