Xızıda yağışların əmələ gətirdiyi sel suları nəticəsində yarasız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişin köməksiz vəziyyətdə qalıb.
Bu barədə FHN Mətbuat xidmətindən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişinin köməksiz vəziyyətdə qalması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası cəlb olunub.
Hiç yorum yok:
Yorum Gönder