Xalq artisti Valeh Kərimov rol aldığı “Bəxt üzüyü” filmi ilə bağlı maraqlı açıqlamalar verib.
Bu barədə o, “ATV səhər”də danışıb. V.Kərimov ekran işində mərhum Firəngiz Rəhimbəyova ilə səhnəsindən danışıb:
“Mən çəkilmişəm, özümə niyə baxım? Güzgüyə başımı daramaqdan başqa vaxt da baxmıram. Başqasını izləyirəm. Oynadığım roldan yenidən izləyib ləzzət ala bilmərəm. Hamı məndən soruşur ki, o açarı niyə götürmədim? Yaxınlaşır, deyirəm, bilirəm sualını. Orada söyüş yoxdur, müəllifdən gələn yumorlu sözlərdir”.
Hiç yorum yok:
Yorum Gönder