Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb.
Yeni tərkibə əsasən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu və Müdafiə naziri Hulusi Akar yeni kabinetdə yer almayıb.
Onlar son parlament seçkilərində AKP-dən deputat seçiliblər və görünür, bundan sonra yalnız millət vəkili olaraq fəaliyyət göstərəcəklər.
Ümumilikdə isə kabinetdəki iki nazir istisna olmaqla (səhiyyə; mədəniyyət və turizm) bütün nazirlər dəyişdirilib.
Hiç yorum yok:
Yorum Gönder