“Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişdən məmnunuq”.
Bu sözlər Türkiyə Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanatda əks olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə yeni tərkibdə ilk iclasını keçirən Şura toplantının yekunlarına dair bəyanat yayıb.
Sənəddə qeyd olunub ki, Azərbaycan və Ermənistan arasındakı münaqişənin ədalətli həlli Qafqazda davamlı sülhün bərqərar olması üçün əsas olacaq və qlobal sabitliyə mühüm töhfələr verəcək. Bəyanatda, həmçinin, terrorla mübarizə, Suriyalı qaçqınların geri qayıtması, Ukrayna müharibəsi, Kosovo böhranı, Sudanda münaqişə kimi məsələlərə toxunulub.
Mənbə: Haber Global
20:13
Türkiyədəki seçkilərdən sonra yeni tərkibdə ilk dəfə bir araya gələn Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.
Toplantı Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutub.
İclasın yekununda qəbul edilən bəyannamədə Türk Əsrinin başlanğıcı olan yeni dövrdə Türkiyənin təhlükəsizliyinin, əmin-amanlığının və rifahının təmin edilməsinə yönəlmiş addımların eyni qətiyyətlə atılmasının vacibliyi vurğulanıb.
Sənəddə Ukrayna münaqişəsinə də toxunulub. Bildirilib ki, Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların təşkilinə töhfə verməyə davam etmək niyyətindədir.
Qeyd edək ki, yeni tərkibdə MTŞ-nin ilk iclası 3 saat davam edib.
Hiç yorum yok:
Yorum Gönder