Təbrik:Rəhim Muradov - 44




     Ehtiyatda olan mayor Muradov Rəhim Aydın oğlunu doğum günü munasbətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər Rəhim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günüz isə səni xoşbəxt edəcək şəkildə keçsin.

       Muradov Rəhim Aydın oğlu  1979- cu ilin may ayının 30 -da   Bakı şəhərində polis ailəsində anadan olub .

    

  

1996 -cı ildə Bakı şəhərində İdman məktəbini,  2001 -ci ildə Azərbaycan Dövlət Pedaqoji Unversitetini,  2002 -ci ildə  Daxili Qoşunların Zabitlərin ixtisas artırma kursunu bitrib.

     

 2001-2013 -ci illərdə  Daxili Qoşunların Binəqədi, Xəzər,  Nərimanov,  Lənkəran rayonlarında yerləşən hərbi hissələrində (hərbi hospitalında) taqım komandiri,  böluk komandirinin tərbiyəvi işlər üzrə müavini,  şəxsi heyətin qeydiyyatı və uçotu üzrə zabit,  şəxsi heyətin qeydiyyatı və uçotu üzrə bölmə rəisi,  döyüş təlimi üzrə bölmə rəisi,  idman və fiziki hazırlığ rəisi, Din-in Daxili Qoşunların Bas İdarəsinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsində baş zabit vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət edib.

     

O,Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

 Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində  baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradab qaldırılmaasında  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    

Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi -  döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın, onun müavinlərinin, hərbi hissə komandirnin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  döş və yubiley nişanları ilə təltif olunub,  bir cox fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

   

 Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.


    Azərbaycan Respublikasında əmin - amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:


1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi( 1918 - 2008)” yubiley medala;


2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının " 95 illiyi( 1918 - 2013)” yubiley medala;


3."Qüsursuz xidmətə görə " 3-cü dərəcəli medal ilə -- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətinə görə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  RƏHİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİ



 polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages