İnsan ücün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.
Bu bahar təravətli yaz günündə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etmiş ehtiyatda olan kapitan Babayev Bəxtiyar Vaqif oğlunun iyun ayının 7-də dünyaya göz acdığı günüdür. Daimi həyatın imtahanlarından alınıacıq və üzüağ cıxan Bəxtiyar Babayevi belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları, iş yoldaşları və dostları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib,deyirlər Bəxtiyar qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günüz isə səni xoşbəxt edəcək şəkildə keçsin.
Kapitan Babayev Bəxtiyar Vaqif oğlu 1981 -ci ilin iyun ayının 7 -də Şirvan (Əlibayramlı) şəhərində zəhmətkeş ailədə anadan olub .
1996 -cı ildə Şirvan şəhər orta məktəbin 8-ci sinifni, 1999 -cu illdə Cəmşid Naxcıvanski adına hərbi liseyi, 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbi,2004- cü ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi məktəbində zabitlərin ixtisas artırma kursunu bitrib.
2003- 2010 -cu illərdə Daxili Qoşunların Binəqədi,HacqabulQuba və Lənkəran rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini,
kicik komandirlər və kicik mütəxəsislər hazırlayan bölüyün komandiri,qərargah rəisinin xidmət üzrə köməkcisi,döyüş hazırlığı bölməsində zabit vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.”Hərbi xidmətkeçmə haqqında”əsasnamənin 156- cı maddəsinin v) bəndinə (xəstəliyə) görə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından ehtiyata buraxlıb.Bəxtiyar hal-hazırda sahibkarlıq işi ilə məşğuldur.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə və digər yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,şəhərdə və yaşayış məntəqələrində (kütləvi tədbirlərin kecirilmə yerlərində) ictimai asayişin təmin edilməsində, ictimai təhlükəsizliyn təmin olunmasında,qəzaların, bədbəxt hadisələrin, yanğınların, təbii fələkətlərin nəticələrinin aradan qaldırılmasında, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, Cəmşid Naxcvanski adına hərbi lisey rəisinin,
alay və briqada komandirinin müvafiq əmirləri ilə bir sıra medallarla və yubiley nişanları ilə təltif edlib, bir cox fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BƏXTİYAR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Aərbaycan Respubilkası Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder