Təbrik: Səadət Ağayeva



     

 İnsan üçün ən yaddaqalan günlərin başlıcası onun həyata  gəldiyi gündür.Belə insanlardan biri də  

 Daxili Qoşunların Baş idarəsinin  hərbi hospitalında orta tibb  heyyəti sahəsində   öz dəst- xətti olan,  yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, humanistliyi,dəqiqliyi,təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün  23

 ildən çoxunu   Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında   şərəfli  xidmət yolu keçən- ehtiyatda  olan gizir  Ağayeva Səadət  Əsmətəli  qızıdır.İyun ayının 21- də  onun   dünyaya göz acdığı gündür.


Daim həyatın  imtahanlarından alnıacıq və üzüağ cıxan,əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan Səadət xanımı belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, iş yoldaşları,doğmaları, dostları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər, Səadət xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.

   

Yüksək nufuz sahibi olan, xidmət etdiyi və  işlədiyi kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan  Ağayeva Səadət Əsmətəli  qızı    iyun ayının 21-də  Bakı şəhər Qaradağ rayonun Sahil qəsəbəsində zəhmətkeş ailədə  anadan olub.

 

Səadət xanım 1991 -cu ildə Qaradağ  rayon Sahil qəsbəsində  orta məktəbi, 1993-ci ildə Bakı şəhərində maliyyə iqtisad  kolleci,1996-cı ildə  isə Bakı baza 1 nömrəli tibb kolleci  bitrib.  

    

Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış,vətənpərvər Ağayeva Səadət Əsmətəli  qızı   1994- 2017 - ci illərdə  Din-in Daxili Qoşunların Baş İdarəsinin Qaradağ və Nərmanov  rayonlarında yerləşən hərbi hospitalında  baş tibb bacısı  vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət edib.


Torpağına,xalqına bağlı gözəl xanım Səadət Ağayeva Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalında   xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbi qulluqcu kimi göstərmişdir.O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə  olmuşdur.


Sədət xanım öz xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz,insanpərvər,səxavətli, əliaçıq, vəfalı və zəhmətkeş  hərbi qulluqcu olub.


 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Ağayeva Səadət Əsmətəli  qizı  Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox   həmkarları və iş yoldaşları

 üçün nümunə olmuşdur.

  

 Ehtiyyatda olan gizir Sədaət Ağayev  öz  xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, şücaət  və fədakarlıq  göstərdiyinə və digər xidmətlərinə görə   əla xidmətlərə görə əlacı döş və yubiley nişanları ilə  təltif olunub, bir cox fəxri fərmanlarla,diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb, ona təşəkkur  elan edlib və aşağıdakı medallarla təltif edlib:


 1.”Qusursuz xidmətə görə” 1 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;


2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


3.”Qusursuz xidmətlərə görə  3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;


4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  yaranmasının  10 iliyi (1991 -2001)”  yubiley medalı ilə; 


5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının 90 illiyi (1918-2008)” yubiley medalı ilə;


6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının  95 illiyi (1918 - 2013)” yubiley medalı ilə.


SƏADƏT XANIM!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...


UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.


BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...

 

BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..


XOŞBƏXT İLLƏRƏ.


Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages