Daxili İşlər Nazirliyinin Daxili Qoşunların həyatında öz dəst xətti olan, yüksək peşəkarlığı, humanistliyi, dərin zəkası, vətənpərvərliyi, sadəliyi və səmimiyyəti , dəqiqliyi və təmkinliyi, insanpərvərliyi və təşkilatclıq bacarığı ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən cox şərəfli xidmət yolunu hərbı xidmətdə keçirən- ehtiyatda olan kapitan Bağırov Abbas Hüseynqulu oğlunun iyun ayının 18 -də 46 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan kapitan Bağırov Abbas Hüseynqulu oğlu doğum günü münasibətilə Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Abbas qoy hər yeni yaşınız sizə sevinc dolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Kapitan Bağırov Abbas Hüseynqulu oğlu iyun ayının 18-də 1977-ci il Naxçıvan şəhərində anadan zəhmətkeş ailədə olub. Ailəlidir. İki övlad atasıdır.
1994-cü ildə Naxçıvan şəhərində tam orta məktəbi, 2008 -ci ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Daxili Qoşunların Orta İxtisas Hərbi məktəbini fərqlənmə ilə bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- metodiki toplanışlarda, xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1995 - 2018 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Naxçıvan şəhərrində yerləşən Taqım komandiri, Dəstə komandirinin tərbiyəvi işlkər üzrə müavini, Dəstə komandirinin birinci müavini- qərargah rəisi, hərbi hisənim qərargah rəisinin xidmət üzrə köməkçisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib. Abbas hal -hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərəncamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, Şəhərdə və yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə hallar zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, Ali Hərbi Məktəb rəisinin, Briqada və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə «Əla xidmətlərə görə» döş və yubiley nisanları ilə təltif olunub, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq, zəhmətkeş, ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və hərbi təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də qohum- əqrəba, dost — tanış arasında özünə layiqli hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, Respublikada əmin — amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1.” Azərbaycan Reslubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi ( 1991 — 2001)” yubiley medalı ilə;
2.” AzərbaycanRespubilkası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ( 1918 — 2008 )” yubiley medalı ilə;
3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi ( 1918 — 2013 )” yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə G
Görə” 3-cü dərəcəli medal -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
6.”Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medalı -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ABBAS .
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNƏ GÖRƏ VERSİN!
Azərbaycan Respubilkası Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder