Sudanın Cənubi Darfur əyalətində gedən döyüşlərdə azı 12 dinc sakin həlak olub.
Bu barədə AFP agentliyi məlumat yayıb.
Bu arada, Çevik Reaksiya Qüvvələri Cənubi Xartum Mərkəzi Ehtiyat Polisinə məxsus düşərgəni nəzarətə götürdüyünü bildirib. Çevik Reaksiya Qüvvələri döyüşçülərinin bəzilərinin anbardan sursat qutuları daşıyan videogörüntülərini yayımlayıb.
Sudanda döyüşlər aprelin ortalarından davam edir. Ölkənin silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar gedir. Döyüşlər artıq üç mindən çox insanın həyatına son qoyub, altı mindən çox insan yaralanıb. Toqquşmalar qonşu ölkələrə miqrasiyanın və ölkə daxilində insanların köçünün kəskin artmasına səbəb olub, hazırda 2,2 milyondan çox qaçqın var.
Hiç yorum yok:
Yorum Gönder