Şərəfli zabit ömrü: Vidadi Şükürov- 75



Daxili işlər Nazirliyi Daxili Qoşunlarının və Ədiliyyə Nazirliyinin konvoy- mühafizə alayının həyatında öz dəst-xətti olan,işgüzarlığı,yüksək intellektual səviyyəsi, idarəcilik qabiliyyəti, dəqiqliyi  və səmimiyyəti ilə secilən, ömrünün ən məhsuldar dövrünü   Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında və Ədiliyyə Nazirliyinin konvoy- mühafizə alayında keçirən hörmətli veteranmız -istefada olan polkovnik- leytenat Vidadi Şükürovun iyun ayının 20-də 75 yaşı tamam olur.

Daimi həyatın  imtahanlarından  alnıaçıq və üzüağ cıxan polkovnik leytenat  Vidadi Şükürovü belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları, iş və döyüşcü yoldaşları, onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda  insan icün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər, qoy yaşnızın üstə gələn bu yaşda  sizə sevincdolu günlər bəxş etsin.

    Polkovnik - leytenant  Şükürov  Vidadi  Maqsud oğlu  1948 - ci ilın ıyun ayının 20- də Azərbaycan Respublikasının Ağdam rayonunun  Şıxbabalı kəndində anadan olub.



  1965 - ci ildə  Ağdam rayonunun  Şıxbabalı kənd orta məktəbi,  1974 - cü ildə  SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Tiflis şəhərində yerləşən Diviziyanın tədris  alayında gizirlər məktəbi, 1982 - ci ildə   isə SSRİ Daxili işlər Nazirliyi Daxili Qoşunların  LKGİ-nin 60 iliyi adına  Sankt-Peterburq (keçmiş Leninqrad)  Ali Hərbi Siyası məktəbi bitirib.O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Bakı və Tiflis şəhərlərində keçirilən bir çox  təlim- metodiki   toplanışlarda, xüsusi- taktiki təlimlərdə,nümnəvi  -göstərici  məşğələlərdə, komanda- qərargah    məşqilərində,  seminar və konfranslarda fəal iştirak edib.



1970-1972 – ci illərdə Sovet Ordusunda  həqqiqi  hərbi xidmətdə olub. 1973- 2003 - cü illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların    və Ədiliyyə Nazirliyinin Penitensiar xidmətinin  Konvoy- Mühafizə  alayında  nəzarətci, taqım və böluk  komandiri,  Əlahiddə xüsusi motorlaşdırılmış milis taborunun komandirii, Alay komandirinin müavinini- alay qərargahının rəisi, Alay  komandiri  vəzifələrində Vətənə və xalqa sədaqətlə  xidmət edib.



 O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.



    Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum- əqraba  arasında özünə böyük hörmət qazanıb.

   


  Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət  obyektlərin və islah- əmək müəssisələrin  mühafizə edilmisində,  yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində)  kütləvi  iğtişaşların qarşısının alınmasında,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində  ictiai asayişin  təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə,  axtarışda olan  şəxslərin tutulmasında, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların , bədbəxt  hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

 Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə, Füzuli,  Zəngilan və Qubadlı rayonları istiqamətində )  gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən gəlmişdir.  

Müharibə veteranı  polkovnik leytenant  Vidadi Şükürovun oğluları (Vaqif  və  Mansur) 44 günlük Vətən Müharibəsində iştirak etdiklərinə görə  müvafiq  medalarla təltif ediliblər. Hal- hazırda onlar  hərbi xidmətdə (müvafiq vəzifələrdə)   Vətənə  və xalqa  sədaqətlə xidmətlərini davam etdirirlər.

 Öz xidməti vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə  SSRİ  və  Azərbaycan Respublikası  Daxili İşlər Nazırlərinin,  Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin,  Ali Hərbi Məktəb rəisinin, Ədiliyə Naziri  və onun müavinlərinin, diviziya və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə  əla xidmətlərə və əla döyüş və ictimai hazırlığına  görə döş və yubiley nişanları  ilə təltif olunub,  fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb, ona təşəkkür  elan edilib  və hərbi hissənin fəxri kitabına adl yazlıb.


 Öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş  taışırıqları yerinə  yetirərkən fəriqləndiyinə görə polkovnik- leytenant  Vidadi Şükürov aşağıdakı medallarla təltif edlib:

1.”SSRİ Silahlı Qüvvələrin dövlət qarşısında xidmətlərinə görə” 3-cü dərəcəli ordenlə;

2.”SSRİ Silahlı Qüvvələrin yaranmasının 70 illiyi” yubiley medala;

3.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)” yubley medalı ilə;

4.”Qusursuz  xidmətlərə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

4.”Qüsursuz  xidmətə görə” 2 -ci dərəcəli medal- Sillahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.”Qusursuz xidmətə görə” 1 dərəcəli medal – Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.

Vdidai müəllim 75 illik yubiley günüz mübarək olsun.

Azərbaycan Respubilkası Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages