İnsan üçün ən yadda
qalan günlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi, səmimiyyəti ilə seçilən Azərbaycan müharibə veteranı- istefada olan kapitan Əsgərov Şaiq Şahid oğludur. Onun İyun ayının 21- də 57 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ cıxan Şaiq Əsgərovu belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları,dostları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı,həyat yolyarında uğurlar arzu edib deyirlər, qoy yaşnızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin.
Azərbaycan Respublikasının müharibə veteranı -istefada olan kapitan Əsgərov Şaiq Şahid oğlu 1966 - cı ilin iyun ayının 21 - də Azərbaycan Respublikasının Qax rayonunun Ləkit kəndində zəhmətkeş ailədə anadan olub.
1983 - cü ildə Qax rayonunun Ləkit kənd orta məktəbi, 1987 - ci ildə Sverdlovski Ali hərbi siyasi tank məktəbini bitirib.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1987-1991 - ci illərdə Sovet Ordusunun Belarusiya respublikasında yerləşən hərbi hissələrində bölük komandirinin tərbiyəvi işlər üzrə müavini və alayın komsomol təşkilatının katibi vəzifələrində olub.
1991-2000 - ci il tarixlərində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Zaqatala, Ağdam, Ağdərə, Füzuli, Xətai rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində tabor komandiri, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.
2001- 2002 - ci illərdə Qax rayonun tam orta məktəblərin birində müəllim vəzifəsində işləyib.
O,Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.Azərbaycan Respubilkasının müharibə veteranıdır.
Şaiq Əsgərov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,mühüm dövlət obyektlərin mühafizəsində,yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, kütləvi tədbirlərin kecirilmə yerlərində, şəhərdə və yaşayış məntəqərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, təbii fəlakətlərin, qəzaların, bədbəxt hadisələrin, yanğınların nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbı hissə komandirinin müvafiq əmrləri ilə əlacı və yubiley döş nişanları ilə təltif olunub,bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”SSRİ Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi” yubiley medalı ilə;
2.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
3.”Qusursuz xidmətə ğörə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 2- ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ŞAİQ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder