Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda və Azərbaycan ordusunda öz dəst - xətti olan, yüksək peşəkarlığı,təşkilatçlıq bacarığı, dərin zəkası,işgüzarlığı, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən,ömrünün önəmli bir hissəsini hərbi xidmət işinə həsr edən, bir müddət Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi və Qaradağ rayonlarında yerləşən hərbi hissələrinin birində hərbi hissə komandiri vəzifəsində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmiş- ehtiyatda olan polkovnik leytenat Fərəcov Mirzə Sərxan oğlunun iyun ayının 8-də 55 yaşı tamam oldu.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan polkvnik leytenat Fərəcov Mirzə Sərxan oğlunu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları dostları, iş yoldaşları və onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Mirzə qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin və hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
55 YAŞIN MÜBARƏK OLSUN MİRZƏ!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Veteranları İctimai Birliyi
sədrinin müavini polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder