Şərəfli Zabit ömrü : İmran Rəhimov -56



     Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda  və Azərbaycan ordusunda öz dəst - xətti  olan,  dərin zəkası,təşkilatçlıq bacarığı,səmimiyyəti,işgüzarlığı, yüksək intellektual səviyəsi və idarəcilik qabiliyyəti ilə seçilən, ömrünün önəmli bir hissəsini hərbi xidmət işinə həsr edən, bir müddət Daxili İşlər  Nazirliyi  Daxili Qoşunlarının Binəqədi və Qaradağ rayonlarında yerləşən hərbi hissələrinin birində hərbi hissə komandirinin texniki işlər üzrə müavini vəzifəsində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmiş-   ehtiyatda olan polkovnik leytenat Rəhimov İmran Hüşəm    oğlunun  iyun ayının  9-da  56 yaşı tamam oldu.

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, 1967 -ci ilin iyun ayının 9- da Göycay rayonunda zəhmətkeş ailədə anadan olmuş- ehtiyatda  olan polkvnik leytenat Rəhimov İmran Hüşəm  oğlunu  belə bir əlamətdar gün münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları dostları, iş yoldaşları və onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, İmran qoy yaşınızın  üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin və hər yeni günüz isə  səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin. 

Polkovnik leytenat İmran Rəhimovun Azərbaycan Ordusunda və Din-in Daxili Qoşunlarında  səmərəli fəaliyyəti  həmişə lazımınca  qiymətləndirlib.Xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fəriqləndiyinə görə   İmran bir sıra medallarla,əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, habelə Müdafiə Nazirliyinin rəhbərliyi,Daxili İşlər Nazirliyinin rəhbərliyi, Daxili Qoşunlar Komandanlığı,Ali məktəb rəisi və hərbi hissə komandiri tərəfindən dəfələrlə mükafatlandırlıb.

      ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

      56 YAŞIN MÜBARƏK OLSUN  İMRAN!

     BÜTÜN ARZULARIN ÇİN OLSUN!

     HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!

Azərbaycan Vətən Müharibəsi

Veteranları İctimai Birliyi 

sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev.




Hiç yorum yok:

Yorum Gönder

Pages