İnsan ücün ən yaddaqalan günlərdən biri də onun doğum günüdür.Yaşın üstə yaş gələndə insan daha da kamilləşir. Belə insanlardan biri də-istefada olan kapitan Məmmədov Vahid Ənvər oğludur. İyun ayın 1 -də onun 65 yaşı tamam olub.Belə bir əlamətdar yubiley günü
münasibətilə Vahidi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi,Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib -tükənməyən naliyyətlər arzu edib deyirlər, Vahid qoy yaşının üstə gələn bu yaş sizə sevincdolu illər bəxş etsin,hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Məmmədov Vahid Ənvər oğlu 1958 - ci ilin iyun ayının 1- də Azərbaycan Respublikası Tərtər rayonunun Mamırlı kəndində zəhmətkeş ailədə anadan olub.
1975 -ci ildə Bərdə rayonun Kələntərli kənd orta məktəbi, 1981 - ci ildə isə Moskva şəhərində Kənd təsərrüfatı İnstitutunu bitrib.
1976-1978 - ci illərdə Sovet Ordusunun Özbəkistan Respublikasında yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1991-1993-cü illərdə Özünün Müdafiə Könülər Taborunun komandiri, Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində böluk və tabor komandiri, 1993 - 1995-ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hacıqabul və Füzuli rayonları ərazisində yerləşən hərbi hissələrində idman və fiziki hazırlıq rəisi, tabor komandiri vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib
1981 – 1990-cı illərdə Azərbaycan Respublikasının Bərdə rayonunda «Karate» üzrə məşqçi işləyib. Özü «Karate» üzrə dəfələrlə Ölkə və SSRİ çempionatının qalibi olub. İdman ustasıdır. Vahid Məmmədovun karate üzrə məşq edirdikləri bir çox idmançılar Ölkə, Avropa cempionatlarının və Beynəlxalq turnirlərin qalibi (mükafatcısı) olub.
Vahid Ənvər oğlu Məmmədov 1991 - 1995 -ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə və Füzuli rayonları istiqamətndə) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerınə yetirmişdir.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində ,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və təmin edilməsində, şəhərdə və yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların,bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir cox fərmanlarla, diplomlarla,qiymətli hədiyyələrlə, əlaçı və əla xidmətlərə döş nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
VAHİD BƏY, 65 YAŞIN MÜBARƏK !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder