Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin (indiki Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyin) müvafiq strukturlarının birinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının , həyatında öz dəst - xətti olan, yüksək peşəkarlığı, humanistliyi, dərin zəkası, gözəl nitq qabiliyyəti, vətənpərvərliyi, sadəliyi, səmimiyyəti , dəqiqliyi, təmkinliyi, insanpərvərliyi və təşkilatclıq bacarığı ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda və Nəqliyyat Nazirliyinin müvafiq strukturlarında keçirmiş hörmətli veteranmız, Cəfərov Əmrah Zeynaləddin oğlunun iyun ayının 10 - da 66 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan Cəfərov Əmrah Zeynaləddin oğlunu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Din-in Daxili Qoşunların hərbi vəzifəliləri, doğmaları,dostları,onun iş və doyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Əmrah qoy hər yeni yaşınız sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Cəfərov Əmrah Zeynaləddin oğli 1957 - ci ilin iyun ayının 10-da Göycə mahalın Şəfəq kəndində zəhmətkeş ailədə anadan olub.
Əmrah Göycə mahalın Şəfəq kənd orta məktəbi, Azərbaycan Politexnik İnstitunu, Azərbaycan Texniki və Təfəkkur Üniversitetilərini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim -metodiki toplanışlarında, xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, komanda -qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1979 - 2021 -ci illərdə Bakı şəhər Trolleybus və Travay parklarında cilingər, mexanik, baş mexanik, direktor müavini və direktor işləyib, Bakı şəhər Nəqiliyyat İdarəsində Birləşmiş həmkarlar komitəsinin sədri vəzifəsində olub, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissədə hərbi hissə komandirin silah və texnika üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin Növbətci xidmətində və avtomobil, zirehli texnika şöbəsində baş zabit vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib,Nəqliyyat Ağentliyin Bakı şəhər Nəqliyyat departamentində isə rəhbər vəzifələrdə calışıb.Xeyirxah və gözəl insan Əmrah Cəfərov hal- hazırda sahibkarlıq işində calışır
Cəfərov Əmrah Zeynaləddin oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerinə yetirib.Müharibə Veteranıdır.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, hərbi andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, xüsusi yüklərin mühafizə olunmasında yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, birləşmiş silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,şəhərlərdə və digər yaşayış məntəqələrində (kütləvi tədbirlərin keçirilmə yerlərində) ictimai asayişin qorunmasında və ictimai asayişin qorunmasında, fövqəladə hallar zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların,bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin, Nəqliyyat Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, İdarə və şöbə rəislərinin, hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi və iş yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq, zəhmətkeş, ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də qohum- əqrəba, dost - tanış arasında özünə layiqli hörmət qazanıb.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, Respublikada əmin - amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə bir sıra medallarla təltif olunub:
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ƏMRAH.
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNƏ GÖRƏ VERSİN!
BÜTÜN ARZULARINA ÇATASAN, İNŞALLAH!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin hüquqi məsələlər üzrə müavini polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder