Şəhid Qənbərov Taryel Bəhlul oğlunun əziz xatirəsinə.




Anılır hünərlə adın şəhidim,
Baş əyir ruhuna bütün oba,el.
Düşmənin bağrını yardın, şəhidim,
Sən döndün nağıla,dastana, Taryel.

Zeynəb anan balam deyib ağlayır,
Xəyalə hələ də qardaş haylayır.
Qardaşların səninlə qürur duyur,
Sən döndün nağıla, dastana, Taryel.

Həsrətin ürəkdə qübar bağlayır,
Gözlərdə leysantək coşub çağlayır.
Şəninə şairlər söz qoşub yazır,
Sən döndün nağıla, dastana, Taryel.

Qəhrəman oğullar ölmür heç zaman,
Onları qəlblərdə yaşadır zaman.
Adına şəhidlik alan zamandan,
Sən döndün nağıla, dastana, Taryel.

       Esmira Ehtibarqızı.
               21.07.2022
Əziz Zeynəb anamız.Torpağımız üçün qəhrəmanlıqları dillərdə dastan olan oğullar böyüdən canınıza qurban olaram.Əllərinizdən öpüb qarşınızda baş əyirəm.

Hiç yorum yok:

Yorum Gönder

Pages