Polşada Avropa Oyunlarının açılış mərasimi keçirilib



Avropa Oyunlarının açılış mərasimində iştirakçı komandaların rəsmi keçidi olub.

  Məlumata görə, Azərbaycan komandası da paradda iştirak edib.

Ölkənin adı yazılan lövhəni və bayrağı Yaylagül Ramazanova (oxatma) ilə Barat Quliyev (qılıncoynatma) daşıyıb.

Qeyd edək ki, Azərbaycan idmançıları Avropa Oyunları zamanı Polşanın 5 müxtəlif şəhərində mübarizə aparacaqlar. Rəsmi keçidə yalnız Krakovdakı yarışlarda iştirak edəcək idmançılar qatılıblar.

23:26

Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilir.
Sözügedən ölkəyə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbir Krakovda yerləşən "Miejski" stadionunda gerçəkləşir.

Mərasim ev sahibi Polşanın bayrağının arenanın mərkəzinə gətirilməsi ilə start götürüb. Bayraq xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.

Daha sonra Polşa tarixinin müxtəlif dövrlərini özündə əks etdirən səhnəciklər təqdim olunub.

Ardınca mərasim bədii hissə ilə davam edib. Yerli "Qoleç Uorkestra", həmçinin, 2022-ci ildə Avroviziya musiqi müsabiqəsinin qalibi olmuş Ukraynanın "Kaluş" qrupunun ifaları səslənib.

Daha sonra meydana yarışın rəsmi maskotları Krakuşek və Salamandra Sandra dəvət olunublar. Onlar ortaq "Biz birlikdəyik!" şüarını səsləndiriblər.

Özündə Polşanın elm, mədəniyyət və ədəbiyyat sahəsində dünya şöhrətli şəxsiyyətlərinin əsərlərinin məzmununu birləşdirən bir neçə kompozisiya da açılışı izləyənlərə təqdim edilib.

22:43

Polşada III Avropa Oyunlarının açılış mərasimi start götürüb.

Sözügedən ölkəyə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbir Krakovda yerləşən "Miejski" stadionunda keçirilir.

Mərasim ev sahibi Polşanın bayrağının stadiona gətirilməsi ilə başlayıb. Bayraq Polşa himninin sədaları altında xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Azərbaycanda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.


Hiç yorum yok:

Yorum Gönder

Pages