Pakistanda sel fəlakəti 28 nəfərin həyatına son qoyub



Pakistanın Hayber-Paxtunxva və Pəncab əyalətlərində güclü yağış və tufan azı 28 nəfərin həyatına son qoyub.

Məlumata görə, güclü yağış və tufan nəticəsində bir çox evin damı və divarları dağılıb, yollar su altında qalıb. Fırtınanın vurduğu ərazilərdə azı 28 nəfər həyatını itirib, 150-dən çox insan yaralanıb.

Fəlakətdən zərər çəkmiş bölgələrə yardım qrupları göndərilib.

Pakistanın Baş naziri Şahbaz Şərif insan və mal itkisinə görə dərin hüznlə kədərləndiyini bildirib.

Hiç yorum yok:

Yorum Gönder

Pages