İyun ayının 20 -də tibb xidməti mayoru Məhəmməd Məmmədovun vəfatından bir il ötür.
Məmmədov Məhəmməd Rasim oğlu 14 avqust 1952-ci ildə Qusar rayonunun Köhnə Xudat Qazmaları kəndində zəhmətkeş ailədə anadan olub. Orta təhsilini 1969 -cu ildə başa vurub. Həmin ildən Azərbaycan Dövlət Tibb İnstitunun müalicə -profilaktika fakültəsinə qəbul olub.
1975 ci ildə Azərbaycan Tibb Institutunu , 1976-ci ildə isə Respublika Klinik Xəstəxanasında internanı bitirib. Təynatla Qusar Rayon Mərkəzi Xəstəxanasının laboratoriya müdiri vəzifəsinə təyin edilib.Bir müddət burada çalışdıqdan sonra, 1979-ci ildə ehtiyyatda olan zabit kimi ordu sıralarında çalışaraq, Qəbələ RLS-in tikinti hərbi hissəəsində xidmətə başlayıb. M. Məmmədovun xidməti başa catdıqdan sonra isə Daxili İşlər Nazirliyinin Bayıl təcridxanasının tibb hissəsində ordinator,Daxılı İşlər Nazirliyinin 10 saylı -İslah əmək müəssisəsində və 13 saylı vərəm xəstəliyinin müalicəsi üzrə İslah-əmək müəssisəsində həkim kimi işləyib.
O,1992 ci ilin iyun ayından Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissənin tibb xidməti rəsi vəzifələrində xidmət edib. Daha sonra yeni yaradılmış hərbi hissəyə dəyişdirilmiş və bütün heyətlə döyuş bölgəsinə göndərilmişdir. Bu vaxt Ağdam rayonunda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların nəzdində yaradılmış ön cəbhə qərargahında tibb xidmət rəsi vəzifəsində olub.
Cəfakeş Məhəmməd həkimin tibb xidmətində cavabdehliyi bu sahəyə məsuliyyətini daha da artırmışdır. Bununla yanaşı, Daxili Qoşunların yeni yaranmış Xankəndi birqadasının da tibb xidməti vəzifəsini yerinə yetirəsi olmuşdur. O,Xındırıstan kənd orta məktəbəinin binasında yerləşən hərbi səhra lazaretinə (tibb mətəqəsinə) özü rəhbərlik etmişdir.
Tibb xidməti mayoru Məhəmməd Məmmədov Daxili Qoşunların Baş idarəsinin Binəqədi, Ağdam,Ağdərə rayonlarında yerləşən hərbi hissələrdə və Xankəndi birqadasında tibb xidməti rəisi , Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsində baş zabit, Daxili Qosunların hərbi hospitalında isə baş ordinator vəzifələrində xidmət etdərkən səmərəli fəaliyyəti ilə, təşkılatçılıq bacarığı ilə, işgüzarlıq və mənəvi keyfiyyətilə Daxili Qoşunlar Komandanlıgnın daimi diqqət mərkəzində olmuşdur.
Məhəmməd həkim ömrünün ən şərəfli anlarını Vətənin müdafiəsində kecirən həkim xidmətini şərəflə başa vuraraq
2000 - ci ilin dekabr ayında sıralarımızdan ehtiyyatda buraxılmışdır. 2001- 2021 -ci illərdə Məhəmməd həkim Qusar rayon mərkəzi xəstəxanasında işləmişdir.
Məhəmməd həkim xidmət etdiyi hərbi hissələrdə bir tibb xidməti rəsi kimi Azərbaycanını ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyuk rolu olmuşdur. Müharibə veteranı idi.
Tibb xidməti mayoru Məhəmməd Məmmədov peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 52 illk şərəfli xidmət yolunun 6 (alti) ilini Azərbaycan Dövlət Tibb İnistutunda, 46 (qırıx altı ilin isə hərbi xidmətdə və tibb müəssisələrində fəaliyyət göstərmişdir.
O, Daxili Qoşunlara və xidmət etdiyi hərbi hisələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, Cinayətgarlıga qarşı mübarizədə, ictimai əsayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, eləcədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibb xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Məhəmməd Məmmədov Daxili Qoşunlarında xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın ( həkim andın ), hərbi nizamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün nümunə olmuşdur, Hippokrat andına isə sadiq qalmışdır.
Məhəmməd Məmmədov Daxili İşlər Nazirliyinin İslah əmək (cəzaçəkmə) müəssisələrində, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi müddətdə illər ərzində, Xidmətdə fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, xidmət etdiyi hərbi hissə komandirinin və islah- əmək ( cəzaçəkmə) müəssisə rəisinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif edilib, bir cox fərmanlarla və qiymətli hədiyələrlə mukaflandırılıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Din-in Daxili Qoşunların hərbi vəzifəliləri ( həkimləri) döyüş və iş yoldaşları tibb xidməti mayoru Məhəmməd Məmmədovun xatirəsini ehtiramla anır və məkanının cənnət olmasını diləyirlər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder