KƏND SAKİNLƏRİ ELM VƏ TƏHSİL NAZİRİNDƏN İMDAD DİLƏYİRLƏR.

  
Hörmətli izləyicilər redaksiyamıza Ağcabədi rayon Mehrablı kənd sakini Hidayətov Vəkalət Ərşad oğlu tərəfindən video müraciət daxil olub.Müəllif  onların yaşadıqları kəndin məktəb direktoru Dəmirov Səriyyə Həsən qızının anoloqu olmayan qeyri məqbul fəaliyyətindən söz açıq. Vəkalət Hidayətovun iddiasına görə Səriyyə Dəmirova rəhbəri olduğu Mehrablı kənd tam orta məktəbində  dövlət qanunlarını bir kənara qoyaraq öz qanunları ilə məktəbi idarə edir.Qarabağ Təhsil İdarəsinin tabeçiliyində olan bu məktəbdəki özbaşnalıqdan nə qədər şikayət olunsada deyəsən Səriyyə müəllimə məktəbdən dolayısı ilə əldə etdiyi pullarla onlarıda susdurmağı bacarır.Yox əgər belə olmasaydı bizim çox saylı şikayət dolu müraciətlərimiz belə cavabsız qalmazdı.Səriyyə müəllimə məktəbdə kadr seçimində də öz qohum əqrabasına üstünlük verməsi Azərbaycan qanunlarına qarşı çıxa bilməsinə əyani sübutdur.İndidə gəlin məktəbdə çalışan direktorun qohumları ilə tanış olaq.Əsədov Mətləb Boran oğlu direktorun həyat yoldaşı.Hidayətova Aysel Mətləb qızı direktorun qızı. Quluyeva Aida Qulu qızı Abşeron rayon Xırdalan şəhərində yaşasada məktəbdən əməkhaqqı alır.Dəmirov RƏHMAN Həsən oğlu direktorun qardaşıdır, eyni zamanda anoloji xəstədir işə gəlməsədə əməkhaqqı alır.Rəhmanın həyat yoldaşıda işə gəlməsədə direktor tərəfindən onada əməkhaqqı yazılır.Vəkalət Hidayətovun iddasına görə direktorun  yaxın qohumu olan  Hidayətova Fatimə Afər qzını sözügedən məktəbin 8 ci sinifində attestat almaq üçün adı getsədə amma məktəbə gəlmir Bakı şəhəri Abşeron rayonunda yaşamaqla ordada hazırlığa gedir.Şikayətçinin iddiasına görə məktəbin hərbi hazırlıq müəllimi İmanov Fəxrəddin Teymur oğlu isə direktorun kürəkıninin qardaşıdır.Fəxrəddin İmanovda fasilələrlə dərsə gəlsədə  onunda əməlləri Səriyyə xanım  tərəfindən ört-basdır edilir.Bundan başqa məktəbdə dərs saatlarının bölüşdürülməsi və diğər bu kimi halları Səriyyə müəllimə böyük ustalıqla ört-basdır etməyi bacarır.Vəkalət Hidayətovun bizə göndərdiyi şəkillərdəndə açıq aşkar görünür ki sinif jurnalıda bir nəfər tərəfindən eyni xəttlə yazılıb.Bəs Səriyyə Dəmirovaya kim bu səlahiyyəti verib ki o, bu qədər məmur özbaşnalığı edir, dövlətin qanunların heçə sayır.Şikayətçinin iddiasına görə  məktəbdə davamiyyət çox aşağı olsada  sanki bu məktəb unudulub. Heç bu məktəblə dövlət səviyyəsində səlahiyyətlilər tərəfindən maraqlanan yoxdu. Yoxsa dövlət qanunlarını saymayan məktəbin direktoru Səriyyə Dəmirovaya havadarlıq edən elə Ağcabədi rayon  təhsilinin başında oturanlardır. Elə olmasaydı Səriyyə barədə qanuna müvafiq bir tədbir görülərdi. Bir sözlə Ağcabədi rayon Mehrablı kənd sakini Vəkalət Hidayətov Elm və Təhsil nazirindən, Qarabağ Təhsil İdarəsinin rəhbərliyindən və adiyyatı qrumlardan Mehrablı kənd tam orta  məktəbinin Səriyyə və onun məktəbdə adı olub özləri olmayan  qohumlarından xilas olması üçün imdad diləyir.            RÜFANƏ  ƏHMƏD MÖVZUYA QAYIDACAĞIQ.


Hiç yorum yok:

Yorum Gönder

Pages