“Yeni tədris ilindən bütün ölkə üzrə məktəblərdə yeni formaların tətbiq olunacaq”.
Bakmiltv.info-nın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, bütün şagirdlər eyni forma geyinməlidirlər:
“Formanı pedaqoji şura seçir. Əgər bir məktəb forma istəməsə, biz o şuranın qərarına hörmətlə yanaşırıq”.
O qeyd edib ki, məktəblərdə forma qaydalara uyğun seçilməlidir:
“Dörd təsvir var və hər məktəb onlardan birini seçir”.
Hiç yorum yok:
Yorum Gönder